Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidəki Mədəniyyət Evində məşhur Borçalı aşığı, Türk dünyasının azman sənətkarı Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib.

Tədbir “Divani” ilə başlanıb. ZİM.az saytının Gürcüstan Bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə folklorşünas, Axstafa Regional və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İncəgül Aşıqlar Ansamblı”nın rəhbəri Məhəmmədəli Məşədiyev açaraq dünya şöhrətli, Borçalının məşhur azman aşığı Kamandar Əfəndiyevin yaradıcılığı haqqında ətraflı məlumat verib. O, çıxışında Borçalı aşıq mühitinin Göyçə və Ağbaba klassik aşıq ənənələrini qoruyub saxlayan bir aşıq mühiti olduğunu və bu mühitdə Aşıq Kamandarın xüsusi yeri olduğunu bildirib: “Aşıq Kamandar görkəmli ustad sənətkar Aşıq Sadığın şəirdi olub və gənc ikən ustad adını qazanıb. Aşıq Kamandar yaradıcı aşıq olub. Ustad sənətkar həmçinin Borçalıda aşıq məktəbi yaradıb.”

Sonra tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı çıxış edərək Aşıq Kamandarın 85 illik yubileyinə həsr olunan konsert münasibətilə bütün aşıqsevərləri təbrik ediblər.

Çıxışçılar azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aşıq sənətinin inkşaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Gürcüstanda aşıq sənəti yetərincə inkişaf etdirilmir.
Bildirilib ki, Gürcüstan hökuməti bölgədə aşıq sənətinin inkişaf etdirilməsinə çalışacaq.

Tədbirdə Azərbaycandan gələn Axstafa Regional və Turizm İdarəsinin rəhbəri Ramiz Quliyev Heydər Əliyevin aşıq sənətinə göstərdiyi qayğı və diqqətindən danışıb. Onun yolunu davam etdirən İlham Əliyev isə bir çox aşıqlara fəxri adlar verdiyini bildirib. O, Azərbaycanda aşıqların yaradıcılığına aid Beynəlxalq Aşıq Festivalı keçirildiyini bildirib.

Tədbirdə Borçalı və Qazax aşıqları Aşıq Kamandarın bəstələdiyi aşıq mahnılarını ifa ediblər. Yubiley tədbirində “İncəgülü Aşıqlar Ansamblı”nın üzvlərindən Aşıq Rövşən, Aşıq Samir Cəlaloğlu, Aşıq Şaiq İncəli, Aşıq Avdı, Borçalı aşıqlarından Aşıq Həvəskar, Aşıq Telli Borçalı, Aşıq Ramin Qarayev, Aşıq Kamandar Lətifoğlu, Aşıq Əfqan Şamilov, gənc Aşıq Məsim Rəcəbov bir-birindən gözəl aşıq mahnıları ifa ediblər.

Aşıq Ramin Qarayev, Aşıq AvdıAşıq Şaiq İncəli
Aşıq Kamandarın bəstələdiyi “Atatürküm”“Fəxri” mahnılarını ifa ediblər.

Tədbirdə ustad sənətkar Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev atasının 85 illik yubileyinə həsr olunan konsertin təşkilatçıları olan Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinə, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevə, “Salam Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Maya Rəcəbovaya və yubiley tədbirinə gələn qonaqlara, Marneuli rayon icra hakimiyyəti rəsmilərinə və digər şəxslərə minnətdarlığını bildirib.

Yubiley tədbirinə həsr olunan konsert müxəmməslə başa çatıb.

Qeyd edək ki, Aşıq Kamandar Əfəndiyev Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb.

Nizami Məmmədzadə,
jurnalist

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Var ol, Aşıq Ramin BORÇALI!..

Var ol, Aşıq Ramin BORÇALI!..

Mədəniyyət, Tv, Təbriklər
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər
Aşıq Ramin Qarayev

Aşıq Ramin Qarayev

Mədəniyyət, Tv, Borçalı
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Dəllək Paşa. (1887 - 1976)

Aşıq Dəllək Paşa. (1887 - 1976)

Zalqa
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Rəy yazın: