Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib

Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilib Tiflisdə "Haqqa sarı" kitabının təqdimatı keçirilibMayın 3-də Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ)
dəstəyi ilə nəşr olunan
"Haqqa sarı" kitabının
təqdimatı keçirilib.

Tədbirdə GMİ-nin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev, kitabın tərtibçisi, yazıçı Əli Abbas, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəsi Hacı Davud Qəşəmli, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, kitabın redaktoru Nizami Məmmədzadə, Axund Mirağa Mustafayev, "Ümid" qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, şairlərdən Fatma Aslan, Əflatun Keşəli, Qurban Əzizli və digər din xadimləri, ziyalılar çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, 5 bölmədən ibarət kitabda dini şeir və qəzəllər,
hekayələr və şəhidlərə həsr olunan
"Şəhid qanı yerdə qalmaz" adlı
dram əsəri çap olunub.

Kitabda həmçinin görkəmli aşıqların,
o cümlədən Aşıq Ələsgərin, Aşıq Şenliyin, Axısqalı Xəstə Hasanın müxəmməsləri, qıfılbənd, deyişmə, gəraylı, təcnis və divaniləri, həmçinin Şəhriyarın və Zəlimxan Yaqubun dini şeirləri, İsgəndər Ağbabalının və Borçalı aşıqlarından Aşıq Nurəddin Qasımlının, Aşıq Məhəmməd Sadaxlının qoşmaları dərc olunub.

Kitabın "El şairləri" bölməsinə məşhur Borçalı şairi olan Nəbi Faxralının, Şair Ağacanın, Güllər Pərinin, Həsən Məcruhun, Əli Faxralının, Abbasquli Eləbağlının, Sədi bəy Arif Mustafazadənin, Təhləli Novruzun və başqa şairlərin şeirləri daxil edilib.

Tədbirdə İran, Türkiyə və Azərbaycan səfirliklərinin nümayəndələri, həmçinin Tiflis, Qardabani, Rustavi, Marneuli, Dmanisi və Bolnisidən gələn din xadimləri, şair və yazıçılar iştirak ediblər.

Tədbirin sonunda gənc Aşıq Məsim dini mahnılar səsləndirib.

APA-nın Gürcüstan bürosunun rəhbəri Nizami Məmmədzadənin məlumatına görə,
"Haqqa sarı" kitabı İslam dininə həsr edilib və Gürcüstan Müsəlmanları İdarəsinin nəşr etdiyi ilk kitabdır.

GMİ-nin sədri Hacı Ramin İgidov APA-ya açıqlamasında belə məzmunlu dini kitabların nəşrinin davam etdiriləcəyini bildirib.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Mədəniyyət, Tiflis, Bolus, "Region-Press"

"Şərq müdriklərinin qonaqlığında"

Gürcüstan, Tiflis
Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər  ...

Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər ...

Tiflis, Diaspora
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavi
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Yeni nəşrlər, Bolus, Cənubi Azərbaycan
Rəy yazın: