Qasımlı orta məktəbində Yubiley tədbiri

Qasımlı orta məktəbində Yubiley tədbiri Qasımlı orta məktəbində Yubiley tədbiri Qasımlı orta məktəbində Yubiley tədbiri Qasımlı orta məktəbində Yubiley tədbiri Qasımlı orta məktəbində Yubiley tədbiri Qasımlı orta məktəbində Yubiley tədbiri Qasımlı orta məktəbində Yubiley tədbiriBu günlərdə Ulu Borçalımızın (indiki Marneuli rayonunun)
ən qədim kəndlərindən olan Qasımlı kəndindəki orta məktəbdə çağdaş Borçalı ədəbiyyatının tanınmış nümayəndələrindən olan şair Səyavuş UYĞUNun anadan olmasının 65 illik Yubileyinə həsr olunmuş təntənəli tədbir və onun təzə çap olunmuş sayca 5-ci kitabı olan “Babakərim-pirim mənim” şeirlər və poemalar toplusunun təqdimat mərasimi keçirilmışdir.

Tədbir rayon təhsil mərkəzinin rəhbərliyi və Qasımlı orta məktəbi pedaqoji kollektivinin təşəbbüsü ilə baş tutmuşdur.

Tədbiri məktəbin direktoru Məmməd Mirzəyev açaraq tədbirin məram və məqsədi haqqında iştirakçılara məlumat vermişdir.

Sonra sözü təbirin aparıcısı məktəbin XI sinif şagirdi Səltənət Vəliyevaya vermişdır.

Bacarıqlı və əlaçı şagird olan Səltənət ilk öncə sözü tədbirin təşkilatçısı Marneuli rayon təhsil və resur mərkəzinin rəhbəri Ruslan Hacıyevə vermişdir.
Ruslam müəllim əvvəl iştirakşıları salamladı. Sonra Səyavuş Uyğunun 65 - illik yubileyini təbrik edərək ona uzun ömür, can sağlığı arzulamışdır.
Sonra şairin təzə kitabı haqqında müsbət rəy söyləyən təhsil mərkəzinin rəhbəri belə tədbirlərin mütamadı olacağını dedi və bütün məktəblərimizdə belə tədbirlərin vacib və lazımlı olduğunu qeyd etdi, xüsusilə onu da bildirməyi lazım bildi ki, bütün gənclərimiz, şagirdlərimiz öz elinin-obasının şairini, yazarını tanımalıdır. Ona görə bu cür tədbirlərin bütün məktəblərimizdə keçirilmasi xüsusu əhəmiyyət kəsb edir.

Sonra Səyavuş Uyğunun həyatı və yaradıcılıq fəaliyyəti haqqında danışmaq üçün söz yazıçı Əli Abbasa verilmişdir.
Əli müəllim Səyavuş Uyqunun Qasımlı elində doğulduğunu, orta məktəbi həmin bu məktəbdə bitirdiyini, sonra Bakıya gedərək Ç.İldırım adına Az.Pİ-nin (indiki Azərbaycan Texniki Universitetinin) inşaat fakültəsinə qəbul olunduğunu və həmin ali məktəbdə Jurnalistika kursunu bitirərək vəsiqə aldığını qeyd etdi.
Əli müəllim Səyavuş Uyğunun 45-illik yaradıcılığı dövründə bu onun 5-ci kitabı olduğunu dedi. Kitaba yüksək qiymət verən Əli müəllim kitabın gözəl tərtibatından danışaraq onun məğzini yüksək dəyərləndirdi. Səyavuş müəllimin istedadlı bir qələm sahibi olduğunu xüsusu ilə qeyd edərək, müqəddəs ulu Borçalımıza sədaqət, doğma torpağa bağlılıq, xalq qarşısında övladlıq borcu, amal və əqidə saflığı, yüksək vətəndaşlıq hissləri, ülvi məhəbbət duyğuları müəllifin zəngin poetik yaradıcılığının ruhunu ifadə edən əsas məziyyətlərdir.

Sonra Rustavi AMM-nin sədri Xalədin Yolçiyev söz alaraq Səyavuş Uyğunu yubileyi münasibərti ilə təbrik etdi. “Babakərim-pirim mənim” kitabı haqqında ürək sözlərini dedi.
Sonra o, Rustavi AMM-i adından şairə qiymətli təbiət gözəlliyini əks etdirən foto-tablo hədiyyə etdi.

Sonra Səyavuş müəllimin kitabının redaktoru Əziz Dəlivəlliyə söz verildi. Əziz müəllim şairi yubileyi münasibətilə təbrik edib, kitabın necə ərəsəyə gəldiyi haqda danışdı. Səyavuş müəllimin “Sözün işığı” qəzetinə necə kömək etdiyi haqda iştirakçılara ətraflı məlumat verdi və şairə gələcək yaradıcılığında uğurlar arzuladı.

Sonra aparıcı Səltənət Vəliyeva sözü məktəbin şagirdlərinə verdi.
Şagirdlərdən X sinif şagirdi Arzu Bayramova, IX sinif şagirdi Dilarə Təhməzova, X sinif şagirdi Günel İsmayılova, XII sinif şagirdi Təranə Vəliyeva Səyavuş Uyğunun şeirlərini əzbərdən söylədilər.

Sonra Gürcüstan televiziyasının içtimai kanalının əməkdaşı, yazıçı-tərcüməçi Mirzə Məmmədoğlunun çıxışını tədbir iştirakçıları çox maraqla qarşıladılar.
Bundan sonra AMM-nin mətbu orqanı “Region press” qəzetinin məsul katibi şair İbrahimxəlil söz alaraq Səyavuş Uyğunu təbrik etdi, kitabının axarıncı olmasını tövsiyyə etdib və şairə yaradıcılıq uğurları arzuladı.

Sonra gözəl aparıcı 11-ci sinif şagirdi Səltənət Vəliyeva sözü Azərbaycan televiziyasısının içtimai kanalın Gürcüstan üzrə müxbiri Çingiz Yaqubova verdi. Çingiz müəllim çox maraqlı çıxış edib bəzi açıqlamalar verdi. Yazarların vəziyyəti onların rast gəldikləri çətinliklərdən danışdı, sonra Səyavuş müəllimə yaradıcılıq uğurları arzuladı.

Şair Qurban Əzizli Səyavuş Uyğuna həsr etdiyi şeirini oxuyanda iştirakçıların böyük alqışlarına səbəb oldu.

Ulaşlı məktəbinin sabiq direktoru, “Sözün işığı” qəzetinin xüsusu müxbiri gözəl ziyalı Akif Qocayev Səyavuş müəllimin 65 illik yubileyini təbrik etdi sonra onun “Babakərim-pirim mənim” kitabını yuksək ustalıqla analiz edərək, hər tərəfli xarakterizə etdi, kitabın pafosundan danışdı. Səyavuş Uyğunu zamanənin navator şairi adlandırdı.

Qasımlı orta məktəbində Yubiley tədbiri Sonra kənd ziyalılarından Rüstəm Alıyev. İlyas Səfərov, Rəşid Gülməmmədov, Tariyel Alıyev və İbrahim Nəsibov çıxış edərək şairin ad günü və onun təzə kitabı haqqında öz ürək sözlərini dedilər və ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Sonda şair Səyavuş Uyğun söz alaraq, bu tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirdi və yeni şerlərini oxuyaraq, yaradıcılıq planlarından danışdı.

Rəmziyə Hüseynova
Jurnalist
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şövkət Dağlar qızı: Ay Səyavuş

Şövkət Dağlar qızı: Ay Səyavuş

Borçalı, Başkeçid, Təbriklər
Səyavuş Uyğunun yeni kitabının təqdimatı keçirilib

Səyavuş Uyğunun yeni kitabının təqdimatı keçirilib

Borçalı
Qasımlı ictimai məktəbində kitab təqdimatı

Qasımlı ictimai məktəbində kitab təqdimatı

Borçalı
Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!..

Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!..

Borçalı, Təbriklər

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Baydar əsas məktəbində “Qələbə günü”

Baydar əsas məktəbində “Qələbə günü”

Borçalı
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Nekroloqlar
Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir  ...

Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir ...

Azərbaycan
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
Səidə Əşrəfqızın Yaradıcılıq gecəsi

Səidə Əşrəfqızın Yaradıcılıq gecəsi

Tv
Balaqusar kənd məktəbinin şagirdlərinin yeni uğurları

Balaqusar kənd məktəbinin şagirdlərinin yeni uğurları

Məktəblər
Borçalıda şair Mülkədar Nadirin kitablarının təqdimatı

Borçalıda şair Mülkədar Nadirin kitablarının təqdimatı

Borçalı
28 yanvar - Səyavuş UYĞUNUN  doğum gündür

28 yanvar - Səyavuş UYĞUNUN doğum gündür

Borçalı, Təbriklər, Müşfiq Borçalı
Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə

Mədəniyyət, Bolus
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Rəy yazın: