Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri,
İkinci Qarabağ müharibəsi şəhidi.


Elvin İlham oğlu Əlimərdanov - 1994-cü ilin dekabr ayının 12-də Sumqayıt şəhərində anadan olmuşdur. Əslən qədim Borçalı mahalının (indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun) Saraçlı kəndindəndir. Orta məktəbi də elə Gürcüstanda, Bolnisi rayonun Saraçlı kəndində bitirmişdir. Subay idi.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman minlərlə Azərbaycan gənci kimi, Elvin Əlimərdanov da könüllü olaraq cəbhəhəyə yollanmış, 6 oktyabr 2020-ci ildən döyüşə başlamışdır.
16 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak edərkən Elvin Əlimərdanov Ermənistan ordusunun top atəşi açması nəticəsində səhid olmuşdur. Lakin onun nəşi tapılmamışdır. Şəhidin nəşi bir ay sonra tapılmış, noyabrın 27-də DNT analizi nəticəsində aşkar edilərək rəsmən təsdiqlənmiş və ailəsinə təhvil verilmişdir.
Şəhid Elvin Əlimərdanov 1 dekabr 2020-ci ildə Xırdalan şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elvin İlham oğlu Əlimərdanov ölümündən sonra "Vətən uğrunda", daha sonralar isə "Cəsur döyüşçü""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: