Professor YAŞAR NAZIYEV (1933-2010)

Professor YAŞAR NAZIYEV (1933-2010) Yaşar Mövlud oğlu Nazıyev - 02.05.1933 -cü ildə
qədim Borçalı mahalının Lüksenburq (indiki Gürcüstanın Bolnisi) rayonundakı Saraçlı kəndində anadan olmuşdur.
Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır.
1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir.
Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir.
1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.F.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Y.Nazıyev 1961-ci ildə professor İ.F.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər.
1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Professor Y.Nazıyev uzun illər Azərbaycan Texniki Universitetində "İstilik texnikası və istilik qurğuları" kafedrasına rəhbərlik etmişdir. O, nəinki çalışdığı universitetdə, həm də ümumiyyətlə Azərbaycan elmi ictimaiyyəti arasında ən istedadlı şəxslərdən biri hesab olunur.
Y.Nazıyev əksəriyyəti ABŞ, İngiltərə, Almaniya, Rusiya, Rumıniya, Türkiyə və s. ölkələrdə dərc olunmuş 400-dən artıq elmi əsərin, bir neçə ixtiranın, monoqrafiyaların, "Texniki termodinamika" və "Maddələrin istilik fizikası" adlı dərsliklərin müəllifidir.

1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına,
"Şərəf nişanı" ordeninə və "H.Z.Tağıyev mükafatı"na layiq görülmüşdür.

Yaşar Nazıyev 03.11.2010-cu ildə 77 yaşında Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət elsəin.
Ruhu şad, məkanı cənnət olsun.

ZiM.AZ

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Bolus, Hüquq
Professor İSA ÖMƏROV (1936-2006)

Professor İSA ÖMƏROV (1936-2006)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Rəy yazın: