ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!.. ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..
“Ziya” qəzetinin və
"Zim.Az" saytının
Baş redaktoru
Müşfiq Borçalı

Dəyərli soydaşımız,
xalqımızın ləyaqətli oğlu,
tanınmış ziyali,
hər zaman öz insani
keyfiyyətləri ilə gənclərə
nümunə olan, olduqca
səmimi, mehriban və
xeyirxan insan,
Borcali mahalnın
Saraclı kəndində dünyaya
göz açmış və uzun müddət
Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışmış
görkəmli alim və pedaqoq,
fizika-riyaziyyat elmləri doktoru,
professor
YADİGAR HÜSEYNOVun

vaxtsız vəfatından
kədərləndiyini bildirir,
mərhumun bütün yaxınlarına
və doğmalarına dərin hüznlə
başsağlığı verir.

Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..



Xatırladırıq ki, Yadigar Hüseynov - 1955-ci il mayın 3-də
qədim Borçalı mahlında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun fizika fakültəsini bitirmişdir.
1977-1981-ci illərdə təyinatla Qəbələ rayonunda
müəllim işləmişdir.
1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır.
1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur.
1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür.
2000-ci ildən Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.
2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
2004-cü ildə SDU-da Bərk cisim elektronikası kafedrasını yaratmışdır.
Ömrünün sonuna kimi həmin kafedranın professoru və kafedra müdiri vəzifəsində çalışmışdır
120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir.
Üç övladı var.
Professor Yadigar Hüseynov 2016-cı ilin dekabr ayının 2-də qəflətən vəfat etmişdir.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: