Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992) Mahmud Allahverdi oğlu Xasiyev — Borçalının mərd, qorxmaz, igid oğlu, Qarabağ müharibəsi şəhidi.

Mahmud Xasiyev
- 14 noyabr 1960-cı ildə Gürcüstanın Borçalı mahalının Dmanisi (Başkeçid) rayonunun Şindilər kəndində anadan olmuşdur. 1968-ci ildə öz doğma kəndi Şindilər kənd orta məktəbinə getmiş və orta məktəbi 1978-ci ildə bitirmişdir. Həmin il 1978-ci ildə hərbi xidmətə yola düşmüşdür.1980-ci ildə hərbi xidməti başa vurduqdan sonra Başkeçidə geri dönmüşdür.

Hərbi xidmətdən qayıtdıqdan sonra işlə əlaqədar olaraq Rusiyanın müxtəlif şəhərlərində olmuşdur. 1990-cı illərin əvvəllərində Gürcüstanda baş verən olaylar, Borçalı Türklərinə qarşı olan təzyiqlər Mahmud Xasiyevdən də yan keçməmişdir. O, 1991-ci ilin avqust ayında ailəsi ilə birlikdə məcbur qalaraq Bakı şəhərinə üz tutmalı olur.

1990-cı illərdə ermənilərin Azərbaycan torpaqlarına qarşı olan işğalına dözməyərək öz qardaşı Seyraqıfə müharibəyə könüllü yollanacağını bildirib və qətiyyətlə deyib: "Qardaş sabah könüllü cəbhəyə gedəcəm". Qardaşı cavabında deyib: "Sən Azərbaycan vətəndaşı deyilsən, səni cəbhəyə göndərməzlər". O, qürurla deyib: "Mən Azərbaycan oğluyam".

Mahmud Xasiyev Səhər tezdən başqa yerdə işim var axşam qayıdacam deyib evdən çıxıb. Aradan bir nəçə vaxt keçib, səda-sorağı gəlməyib. Sonra məlum olur ki, evdən həmin gün çıxan Mahmud Xasiyev könüllü olaraq cəbhəyə gedir. Laçın döyüşlərində əsl rəşadət göstərir. Mahir atıcı kimi düşmənin bir neçə texnikasını və çoxlu sayda canlı qüvvəsini məhv edir. Yüksəkliklərin alınmasında xüsusi fəallıq göstərir.

Oktyabrın 19-da, növbəti döyüşdə ermənilərə ağır zərbə vurub, döyüşdən sonra səngərə qayıdarkən Mahmud özünə məxsus qayğı ilə göstəriş verib: "Hamı birgə getməsin minadan qəfl atəşdən yayınmaq lazımdır". Yoldaşlarına dəstələrə bölünmələrini bildirib. Yenicə ayrı-ayrı dəstələrə bölünüblərmiş ki, iki mərmi Mahmud olan yerə düşür.

Borçalının mərd, qorxmaz, igid oğlu Mahmud Xasiyev 19 oktyabr 1992-ci ildə 32 yaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmışdır.
Mahmud Xasiyevin cənazəsinin Borçalıda dəfn olunma məsələsinə gəlincə, cəbhə yoldaşları bildiriblər: "Mahmud əsl bu torpağın Azərbaycan yurdunun oğludur, onu bu torpaqdan ayırmaq olmaz".

Mahmud Xasiyev 26 oktyabr 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Mahmud Xasiyevdən geriyə 4 yaşında oğlu Sənan və şəhid olduqdan bir nəçə ay sonra dünyaya gələn qızı Yadigar bu vətənə əmanət qalıb.

Allah rəhmət eləsin!!! Yeri cənnət olsun!!!


Tural ƏKBƏROV,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvaz, Nekroloqlar
MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

ŞƏHİDLƏRİMİZ
Mahmud Qurbanov (1956)

Mahmud Qurbanov (1956)

Başkeçid
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
YETİM MAHMUD (1941-2003)

YETİM MAHMUD (1941-2003)

Tv, Borçalı, Müşfiq Borçalı
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Səyavuş Uyğunun yeni kitabının təqdimatı keçirilib

Səyavuş Uyğunun yeni kitabının təqdimatı keçirilib

Borçalı
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: