QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978) Süleyman İsmail oğlu Yusubov 1903-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qəmərli kəndində anadan olmuşdur.
İlk təhsilini Tiflis şəhərində almışdır. Gənc yaşlarında ailəsini dolandırmaq üçün ağır zəhmətə qatlaşmış, səhərdən-axşama kimi torpaqda çalışmış, əkin-biçinlə məşğul olmuşdur.
Təhsilli olduğu üçün Rayonun vergi idarəsində işə düzəlmiş, sonra 2-ci Dünya Müharibəsi başlıyana qədər Şahmarlı və Qəmərli kəndlərində uzun müddət kolxoz sədri vəzifəsində çalışmışdır. Hər zaman kasıblara əl tutmuş, köməksizlərə dayaq olmuşdur.

Müharibə başlanan zaman müharibədə iştirak etmiş, Berlin şəhəri uğurunda vuruşda ağır yaralanmışdır.
Çoxlu qəlpə yaraları alan Süleyman İsmail oğlu gözlərini də itirmiş, o, yaralı halda döyüş meydanından həmyerlisi Nuru kişinin köməkliyi ilə çıxarılaraq hərbi xəstəxanaya çatdırılmışdır.

Müharibədən qayıdan Süleyman İsmail oğlu
həmişə dövlət nəzərətində olmuşdur.
Pulsuz müalicələrdə olmuş,
ona minik avtomobili və pul mükafatları verilmişdir.
Kəndin ən sevimli ağsaqqalı, müharibə vetaranı idi.
Hər xeyirdə-şərdə el ağsaqqalına hörmət var idi.
Həmişə gənclərə dəyərli məsləhətlərini verərdi.

Süleyman İsmail oğluna yaşadığı müddətdə ona «Qırmızı ulduz» «Vətən müharibəsi» ordenləri, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illərin Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə», «1941-1945-ci illərin Böyük Vətən Müharibəsində sücaətinə görə», «SSRİ Silahlı Qüvvələrinin 50 illiyi", "Leninin 100 illiyi" münasibətilə və başqa medallar verilmişdir.

Şərəfli bir ömür sürən, 7 övladı 32 nəvəsi olan elağsaqqalı Süleyman İsmail oğlu 1978-ci ilin fevral ayında əbədi olaraq haqq dünyasına qovuşmuşdur.
Doğulduğu kəndin qəbristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin. Ruhu şad olsun.

[İ]BABAM

Süleyman babamın əziz xatirəsinə.
[/i]
Qafqazdan Berlinə döyüş yolunu,
Döyüşə-döyüşə keçmişdir babam.
Düşüb od içinə gör neçə dəfə,
Əcəl badəsini içmişdir babam.

Döyüş yollarında itirib gözün,
Şikəst saymamışdı bircə yol özün,
İstəyən olanda sonuncu közün,
Vermək vərdişini seçmişdir babam.

Heç zaman dövlətə, nə vara uyub,
Quruqda qoymayıb o nəyi soyub.
Sağikən rəhmətin qazanıb qoyub,
Halallıq kəfənin biçmişdir babam.

Rahilə QARALOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Süleyman Səmədoğluna Başsağlığı

Süleyman Səmədoğluna Başsağlığı

Azərbaycan, Borçalı, Nekroloqlar
Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Müsabiqə, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Abbas Həsən oğlu Usubov (1907-1982)

Abbas Həsən oğlu Usubov (1907-1982)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
QURBAN QURBANOV  (1927-2001)

QURBAN QURBANOV (1927-2001)

Başkeçid
RÜSTƏM MƏMMƏDOV  (1924-1987)

RÜSTƏM MƏMMƏDOV (1924-1987)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan, Orta Asiya
MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

MURTUZ FƏRHADOĞLUna BAŞSAĞLIĞI

Başkeçid, Nekroloqlar
SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

SÜLEYMAN MƏMMƏDOV (1954-2017)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Ölməzlik: - NADİR  RÜSTƏM OĞLU ƏHMƏDOV  (1909-1986)

Ölməzlik: - NADİR RÜSTƏM OĞLU ƏHMƏDOV (1909-1986)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Rəy yazın: