XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000) 25 may - PEŞƏKAR POLİS İŞÇİSİ
XƏLİD SƏMƏD OĞLU QARALOVun (1932-2000)
XATİRƏ GÜNÜDÜR!


Xəlid Səməd oğlu Qaralov
- 1932-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndində tanınmış Qaraloğlu Səməd Həsən oğlunun ailəsində dünyaya göz açmışdır.

Sovetlər dönəmində onun atası Səməd kişi də heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olmuşdur.
Anası Sultan xanımböyük qardaşı Bəkir müəllimin himayəsində böyümüşdür.

Onun uşaqlıq illəri hamı kimi ikinci Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Xəlid müəllim Ormeşən 7-illik məktəbini, sonralar isə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirmişdir.

Xəlid Qaralov 1951-ci ildə hərbi xidmətə çağrılmış, 1954-cü ildə hərbidən tərxis olunduqdan sonra Başkeçidin Kirovisi kənd orta məktəbində hərbi hazırlıq müəllimi kimi pedaqoji faliyyətə başlamışdır. O, 1961-ci ilə kimi Kirovisi orta məktəbində çalışmış, sonra pedaqoji fəaliyyətini Ormeşən 8-illik məktəbində davam etdirmişdir.

1966-ci ildən isə bir zabit kimi Gürcüstan Daxili İşlər Nazirliyi sistemində fəaliyyətə başlayan Xəlid Qaralov Rustavi şəhər milis şöbəsində vzvod komandiri olmuşdur. 1967-ci ildən isə Başkeçid (indiki Dmanisi) rayon daxili işlər şöbəsində ilk öncə sahə müvəkkili, sonralar isə təqaüdə çıxana kimi Dmanisi rayon daxili işlər şöbəsində cinayət axtarış bölməsinin rəisi olmuşdur.

Xəlid Qaralov çalışdığı vəzifələrdən aslı olmayaraq yüksək peşəkarlığı ilə seçilmiş, kollektiv və rayon ictimayyəti arasında böyük nüfuz sahibi olmuşdur.
İşlədiyi dövrdə müxtəlif mətbuat orqanlarında ("Sovet Gürcüstanı" (indiki “Gürcüstan”), “Boyevoy straj", “Trialeti”, "Qələbə bayrağı” və s. qəzetlərdə) dərc olunan oçerk və məqalələrdə onun bacarıqlı milis işçisi kimi peşəkarlıq qabiliyyətindən, yüksək insani keyfiyyətlərindən söhbət açılırdı.
O, dəfələrlə yerli sovetin deputatı seçilmiş, öz layiqli qiymətini almışdır.
Xəlid Səməd oğlu Qaralov 1967-ci ildə “Sovet Milisinin 50-illiyi” yubiley medalı, 1972-ci ildə “Milis əlaçısı” döş nişanı, 1979-cu ildə “Qüsursuz Xidmətə görə” ikinci dərəcəli, 1985-ci ildə isə birinci dərəcəli, 1989-cu ildə “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Dəfələrlə rəhbərlik tərəfindən tərifnamə və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Lakin bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, 1989-cu ildə Başkeçiddə baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən sonra Xəlid Qaralov da rayon mərkəzində çalışan yüzlərlə soydaşımız kimi heç bir səbəb göstərilmədən işdən azad olunmuş, milis mayoru rütbəsində təqaüdə göndərilmiş, Başkeçid (indiki Dmanisi) şəhərində yaşayan minlərlə soydaşımız kimi, onun ailəsi də Azərbaycana köçməyə məcbur edilmişdir.
Qısa bir vaxtda Başkeçiddə yaşayan soydaşlarımız pərən-pərən olmuş, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılmışdır. Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutmuş, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına...
Xəlid Qaralov isə ailəsini də götürüb Bakıya pənah gətirimişdir.

1990-cı ildən Bakı şəhərində yaşayan Xəlid Qaralov müxtəlif vəzifələrdə çalışmışdır.
Onun oğulları da hal-hazırda Azərbaycan ordusunda ali rütbəli bir zabit kimi xidmət edirlər.

Xəlid Səməd oğlu Qaralov 2000-ci il may ayının 25-də Bakı şəhərində vəfat etmiş,
Bakıxanov qəbristanlığında dəfn olunmuşdur.

Xəlid Qaralovun əziz xatirəsi onu tanıyan və sevən insanların qəlbində əbədi olaraq yaşayacaqdır.
ALLAH ONA QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN, RUHU ŞAD OLSUN!..


ZiM.Az

Bax:
Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", II cild. Bakı, 2015.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Təhminə Məmmədova (1961)

Təhminə Məmmədova (1961)

Başkeçid
Polis kapitanı SALEH EYYUBOV (1978)

Polis kapitanı SALEH EYYUBOV (1978)

"XXI əsrin Ziyalıları", Başkeçid
TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
Bu gün ZAKİR QARALOVun AD günüdür!..

Bu gün ZAKİR QARALOVun AD günüdür!..

Başkeçid, Hüquq, Təbriklər
Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xid ...

Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xid ...

Başkeçid, Təbriklər
Zakir Qaralov “Şöhrət” ordeni ilə təltif olunub - TƏBRİK EDİRİK!

Zakir Qaralov “Şöhrət” ordeni ilə təltif olunub - TƏBRİK EDİRİK!

Əsas xəbər, Başkeçid, Rəsmi Xəbərlər, Hüquq
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Darvaz
XIDIRNƏBİ QARALOV  (1949)

XIDIRNƏBİ QARALOV (1949)

Başkeçid, Təbriklər
GÖRKƏMLİ  PEDAQOQ  VƏ  İCTİMAİ-SİYASİ  XADİM - ZAHİD  İBRAHİM  OĞLU  QARALO ...

GÖRKƏMLİ PEDAQOQ VƏ İCTİMAİ-SİYASİ XADİM - ZAHİD İBRAHİM OĞLU QARALO ...

Azərbaycan, Başkeçid
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
Bayram Qaralov:  D E Y İ R

Bayram Qaralov: D E Y İ R

Borçalı, Başkeçid, Təbriklər
Yəhya Mustafa oğlu Məmmədov (1932)

Yəhya Mustafa oğlu Məmmədov (1932)

Başkeçid
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
HÜSEYNPAŞA  HACIYEV  (1935-1998)

HÜSEYNPAŞA HACIYEV (1935-1998)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ELDAR NƏBİYEV (1948-2009)

ELDAR NƏBİYEV (1948-2009)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: