XIDIRNƏBİ QARALOV (1949) Başkeçid, Təbriklər 13 февраля 1877 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Bu gün tanınmış iqtisadçı, bacarıqlı dövlət qulluqçusu, sevimli el ağsaqqalı Xıdırnəbi Qaralovun doğum günüdür!Daha doğrusu, yubileyidir!Anadan olmasının 70 illik yubileyi!Biz də "ZİYA"nın və "ZiM.Az"-ın bütün yaradıcı heyəti adındançox hörmətli Xıdırnəbi müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edirik,ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Xatırladırıq ki, Xıdırnəbi Həmid oğlu Qaralov -1949-cu ilin 13 fevralında qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub. 1964-cü ildə Ormeşən 8-illik məktəbini, 1966-ci ildə Darvaz orta məktəbini bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Xalq Təsərrüffatı İnstitutuna daxil olub, oranı 1970-ci ildə fərqlənmə diplomu ilə başa vurub. 1970-1971-ci illərdə Bakı Elektrik Maşınqayırma Zavodunda iqtisadçı vəzifəsində çalışıb, sonra hərbi xidmətdə olub. Uzun müddət (1976-1992-ci illərdə) Azərbaycan Dövlət Plan Komitəsi sistemində işləyib.Əvvəlcə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi, sonralar Dövlət Plan Komitəsinin özündə (mərkəzi aparatında) baş mütəxəssis vəzifəsində çalışıb.1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında şöbə müdirinin müavini;1993-1996-cı illərdə Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini vəzifələrində işləyib.1996-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının iqtisadi şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərir. İqtisadi məsələlərə dair 30-a yaxın elmi əsərin müəllifidir. Məqaləri Bakı və Moskvada çıxan elmi jurnallarda çap olunub.Müşfiq BORÇALI,ZİM.AzBax: Müşfiq Borçalı. Sazlı-Sözlü Başkeçid. II cild. Bakı, 2015, səh.213-214.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.