Elimizin fəxri - Eyvaz Rəhimov

Elimizin fəxri - Eyvaz Rəhimov Rəhimov Eyvaz Aslan oğlu - 5 fevral 1936-cı ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qızılkilsə kəndində dünyaya göz açıb. Başkeçidin sayılıb-seçilən hörmətli insanlarından biri olub.

O, uzun illər Başkeçiddə - indiki Dmanisidə milis sistemində məsul vəzifələrdə çalışıb, o cümlədən, düz 30 il 1956-1986-cı illərdə sahə müvəkkili işləyib.
Dəfələrlə kənd sovetinin deputatı seçilib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə
"Əla xidmətə görə" medalı ilə təltif olunub.

Səadət Buta, Səringül Sadəİladi Öməroğlunun yazdıqlarına əsasən deyə bilərik ki, Eyvaz ilə, təkcə öz elliləri olan Qızılkilsəlilər yox, onlarla bərabər, bütün hamı - bütün Başkeçidlilər də fəxr edirdilər. Kimin nə çətin işi olardısa, Eyvaza müraciət edərdi. O, hamıya köməklik göstərərdi. Rəhimov Eyvaz elin adamı, elin ağsaqqalı idi.
Eyvaz kişi bu gün də unudulmayıb, onun adı və əziz xatirəsi yenə ürəklərdə yaşayır.

Elimizin fəxri - Eyvaz Rəhimov İladi Öməroğlu "EYVAZIN" sərlövhəli şeirində yazıb:

Başkeçidin olub canı,
Qəlbi təmiz saf insanı.
Dilə düşüb şöhrəh-şanı,
Ruha qanad – pər Eyvazın.

Yaylaqlarda izi qalıb,
Bulaqlarda közü qalıb.
El içində sözü qalıb,
Dağlar oğlu - ər Eyvazın.

Qoruyurdu asayişi,
Yoxdu onun kimi kişi.
Danışılır yaxşı işi,
Güc-qüvvətdə nər Eyvazın.

Qurban Əziz Qardaşıydı,
İgidlərin o, başıydı,
Yüzü dostu-sirdaşıydı,
O sərvərin – sər Eyvazın.

Çoxlarına olub ibrət,
İladidə deyir, əlbət,
Görüm yeri olsun cənnət,
Məsəlləri zər Eyvazın.


BİR GÜLMƏCƏ...

Anası ölmüş...


Rəhimov Eyvaz Dmanisidə milis sistemində işləyən zaman qohumlarından biri onun anası, Zöhrə xaladan soruşur:
-Necəsiniz. Eyvazın işi yaxşıdırmı?

Zöhrə xala:
-Anası ölmüş neyləsin, dalaşan yox, döyüşən yox. İşi necə yaxşı olsun.

Allah ona rəhmət eləsin...

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

Başkeçid, Nekroloqlar
ŞAİR  İLADİ  ÖMƏROĞLU

ŞAİR İLADİ ÖMƏROĞLU

Başkeçid, Müşfiq Borçalı
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
EYVAZ ƏLLƏZOĞLU (1956-2011)

EYVAZ ƏLLƏZOĞLU (1956-2011)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
El ağsaqqalı Marat Orucov (1946-2015)

El ağsaqqalı Marat Orucov (1946-2015)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Darvaz
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
BİZ ONLARLA FƏXR EDİRİK!

BİZ ONLARLA FƏXR EDİRİK!

Başkeçid, İdman
ASLAN MANSUROV  (1919-1991)

ASLAN MANSUROV (1919-1991)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
Abbas Həsən oğlu Usubov (1907-1982)

Abbas Həsən oğlu Usubov (1907-1982)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Xeyirxah insan - NÜBAR VEYİSQIZI

Xeyirxah insan - NÜBAR VEYİSQIZI

Borçalı, Başkeçid
ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında...

Yırğançaylı Ömər ağa və onun nəsil şəcərəsi haqqında...

Başkeçid
Rəy yazın: