"Bayrağımız dünyada daha çox tanınmağa layiqdir" - "Uğur formulu"

"Bayrağımız dünyada daha çox tanınmağa layiqdir" - "Uğur formulu" Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi olan və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetinin tələbəsi Səncər Əhmədovdur.

O, Kolumbiya Universitetində mühəndislik ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.


- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
-Kolumbiya Universitetində verilən təhsildən çox məmnunam. Burada oxuduğum dövrdə nəzəri və praktik baxımdan çox şeylər öyrəndim. Dərs zamanı tədris olunan mövzular, bizə verilən tapşırıqlar, universitetin bizim üçün yaratdığı şərait, müəllim və tələbə münasibətinin professionallığı ümidlərimin tam doğrulduğunu deməyə imkan verir.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Daha öncə Türkiyənin Orta Doğu Texniki Universitetində təhsil almışam. Orada aldığım təhsil mənim üçün möhkəm bünövrə olub. Amma daha bir fərqli ölkə və təhsil mühitini gördükdən sonra, çox istərdim ki, əvvəl oxuduğum ali məktəbdə müəllimlər tələbələri qiymət almağa yox, vacib olan məsələləri öyrənməyə həvəsləndirsinlər. Bundan əlavə, dərslərdə keçirilən mövzuların bu günümüzlə səsləşməsinə diqqət ayrılmasını istərdim.

"Bayrağımız dünyada daha çox tanınmağa layiqdir" - "Uğur formulu" - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?
- Bayrağımızı gətirmişəm. Çünki bayrağımız ölkəmizin rəmzlərindən biri kimi dünyada daha çox tanınmağa və sevilməyə layiqdir.

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza və həmyaşıdlarınıza nə demək istərdiniz?
- Gənclər özlərinə maraqlı olan sahələri seçsinlər və davamlı olaraq öz üzərlərində işləsinlər. Bu, hər bir gəncin layiqli uğur qazanması və yüksək səviyyəli mütəxəssis kimi yetişməsi üçün əsas şərtdir.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Burada müəllim və tələbə münasibəti çox professional və eyni zamanda səmimidir. Müəllimlər tələbələrə lazım olan mövzunu öyrətmək üçün əllərindən gələni əsirgəmirlər. Əgər hər hansı bir tələbə istənilən mövzunu mənimsəməkdə çətinlik çəkdiyini bildirsə, müəllimlər dərhal bunu nəzərə alır və tələbəni çətinlikdən çıxarmağa, ona hər cür yardım etməyə çalışırlar.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Mühəndislik fakültəsində tələbələrin 80-90 faizinin əcnəbi olduğunu nəzərə alsaq, burada əcnəbi və yerli tələbələr arasında heç bir fərq qoyulmur. Ümumilikdə bizə göstərilən münasibətdən çox razıyam.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
-Bakalavriat təhsilimi Türkiyədə aldığım üçün Azərbaycanın ali təhsili barədə geniş məlumatım yoxdur.

- Çətinlikləriniz varmı?
- Xeyr, heç bir çətinliyim yoxdur.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtlarımda kompüter proqramlaşdırması və idmanla məşğul oluram.


REDAKSİYADAN:
Biz də Zim.Az olaraq, əslən Ulu Borçalımızın qədim Başkeçid elindən olan Səncər Bədirxan oğlu Əhmədova yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU, Dünya
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU
“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc  ...

“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc ...

AzTU
AzTU-nun rektoru, Əməkdar elm xadimi Vilayət Vəliyevin tələbələrə təbriki

AzTU-nun rektoru, Əməkdar elm xadimi Vilayət Vəliyevin tələbələrə təbriki

AzTU
AzTU-nun əcnəbi tələbələri milli rəqslərimizi ifa etdilər

AzTU-nun əcnəbi tələbələri milli rəqslərimizi ifa etdilər

AzTU
“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika  ...

“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika ...

Elmi Məqalələr, AzTU
Qafqaz Universitetində ənənəvi görüş keçirilib

Qafqaz Universitetində ənənəvi görüş keçirilib

BMU
Xaricdə təhsilə maraq

Xaricdə təhsilə maraq

Təhsil
Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Nazirlik, AzTU
Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Digər ali məktəblər
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-nun əcnəbi tələbələri ilə görü ...

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları AzTU-nun əcnəbi tələbələri ilə görü ...

AzTU
Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Nazirlik, MEDİA
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik

"Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən A ...

Nazirlik
Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Rəsmi Xəbərlər, Azərbaycan, Təhsil
AzTU-da universitetdən xaric olunan bir qrup tələbə bərpa olunub

AzTU-da universitetdən xaric olunan bir qrup tələbə bərpa olunub

AzTU
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

AzTU
Rəy yazın: