“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru Aygül Əvəzxan qızı İsayeva - 17 oktyabr 1985-ci ildə
qədim Qarayazıda, indiki Gürcüstan Respublikasının
Qardabani rayonundakı Kosalı kəndində
müəllim ailəsində anadan olub.
2002-ci ildə Kosalı kənd orta məktəbini əla qiymətlərlə
bitirərək, məktəbin ilk “Fəxri şagirdi” olmuşdur.
2002-2006-cı illərdə Bakıda - Xəzər Universitetində
bakalavr təhsili alan A.İsayeva Beynəlxalq İqtisadi
Əlaqələr üzrə 4 illik proqramı, vaxtından əvvəl,
3 il yarıma Fərqlənmə diplomu ilə bitirmişdir.
Bir sıra nüfuzlu jurnallarda məqalələrlə çıxış edən
A.İsayeva hələ bakalavr pilləsində təhsil aldığı müddətdə
Xəzər Universitetində Peşə və İnkişaf Mərkəzində
koordinator
vəzifəsində çalışmışdır.

Bakalavr dərəcəsinə yiyələndikdən sonra Norveçin Xarici
İşlər Nazirliyi
tərəfindən təqaüd proqramını qazanmışdır.
Norveç hökümətinin xüsusi Qafqaz proqramı üzrə seçim turlarında qalib gələn 2 nəfər namizəddən biri olmuş və
2006-2008-ci illərdə Oslo şəhərində yerləşən Norveç Biznes İnstitutunda Biznes və İqtisadiyyat proqramı üzrə
magistr təhsili almışdır. Norveçdən Azərbaycana qayıtdıqdan sonra Xəzər Universitetində rektorun
Beynəlxalq Əlaqələr və Layihələr üzrə müavini
işləmiş, eləcə də pedaqoji fəaliyyət göstərmiş, İqtisadiyyat və
Menecment fakültəsində bir sıra fənləri tədris etmişdir. 2010-cu ildə Bakıda Azərbaycan Marketinq Cəmiyyətində
İcraçı Direktor vəzifəsində, 2011-ci ildən bu günə kimi isə Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin
Gürcüstan nümayəndəliyində çalışır.
2011-ci ildə Tbilisidə yerləşən Beynəlxalq Qara Dəniz Universitetində Biznes və Menecment fakültəsində bir sıra fənlərdən dərs demək üçün dəvət almışdır və həmçinin magistr tələbələrin elmi rəhbəri olmuşdur. 2011-2013-cü illərdə Beynəlxalq Qara Dəniz Universitetində Marketinq ixtisası üzrə doktoranturanı bitirən İLK tələbədir. 2013-cü ildə marketinq sahəsində elmi işini uğurla müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülmüşdür. 1995-ci ildən Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin tarixində marketinq üzrə dissertasiya işini ingilis dilində müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülən ilk azərbaycanlıdır.

Marketinq Peşəkarlarının Beynəlxalq İnstitutunun üzvüdür. ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdə bir sıra beynəlxalq konfrans, seminar, təlim və biznes forumların iştirakçısı olmuş, Kembric, Roma, Buxarest və s. kimi universitetlərdə elmi məqalələrlə çıxışlar etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur. 2015-ci ildən bu günə kimi Beynəlxalq Qafqaz Universitetində iqtisadiyyat fakültəsində Beynəlxalq Biznes; Marketinqin əsasları; Xidmət Marketinqi; İnteqrasiya olunmuş marketinq kommunikasiyaları; Brend Menecment; Sosial Media Marketinqi; Beynəlxalq Marketinqin Menecmenti; İctimaiyyətlə Əlaqələr fənlərindən dərs deyir, Almaniya və Gürcüstanda kitabları çap edilmişdir, nüfuzlu nəşrlərdə çap edilmiş bir sıra elmi məqalələrin müəllifidir. Eyni zamanda, A.İsayeva Beynəlxalq Qafqaz Universitetində Assosativ Professor, Beynəlxalq Qara Dəniz Universitetində İdarə Heyətinin üzvü, doktorant (PhD) tələbələrin dissertasiya işləri ilə bağlı daxili ekspert qismində çalışır.

Aygül İsayeva, həm də həvəskar idmanıçıdır. A.İsayevanın idman yarışlarına qatılmasında əsas məqsədi insanlara sağlam həyat tərzini aşılamaq, siqaret və içkidən uzaq durub idmanla məşğul olmağa həvəsləndirməkdir.
Aygül İsayeva 2014-cü ildən etibarən hər il Gürcüstanda keçirilən “Həyat üçün Qanadlar - Dünya Qaçışı” adlı marafonda iştirak edir və iki il dalbadal bu yarışda birinci yeri qazanıb (SOCAR Gürcüstanın bütün işçiləri arasında). A. İsayeva peşəkar marafonçu olmasa da 2018-ci il iyunun 17-də Kvarelidə keçirilən və peşəkarların qatıldığı yarım marafonda 21,1 km məsafəni 1 saat 56 dəqiqəyə qət edərək xanımlar arasında 3-cü yerə çıxıb. Qarşısına böyük məqsədlər qoyan A.İsayeva Gürcüstanın Kazbeki dağlarında keçirilən tam marafonu (42 km) da uğurla sona çatdırıb. Onu da qeyd edək ki, Aygül İsayeva 2008-cı ildə Fransanın paytaxtı Parisdə Kung Fu üzrə beynəlxalq yarışda da 1-ci yeri qazanıb.

Biz də dəyərli soydaşımız Aygül xanım İsayevanın uğurlarına sevinir, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru təyin olunması münasibəti ilə onu ürəkdən təbrik edir və ona yeni-ieni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həmyerlimizin uğurları bizi sevindirir

Həmyerlimizin uğurları bizi sevindirir

Gənc istedadlar, Tiflis, Qarayazı, Diaspora
27 yaşlı soydaşımız Gürcüstanda fəlsəfə doktoru adına layiq görülüb

27 yaşlı soydaşımız Gürcüstanda fəlsəfə doktoru adına layiq görülüb

Tiflis, Qarayazı
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Gənc alim Aynur Xudiyevanın uğurları

Gənc alim Aynur Xudiyevanın uğurları

"Elm və Təhsil", Borçalı
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

Digər ali məktəblər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Fariz Məmmədov kollektivə təqdim olunub

AzTU
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
Emin Əmrullayev Təhsil naziri təyin olunub

Emin Əmrullayev Təhsil naziri təyin olunub

Nazirlik
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Borçalı
Rəy yazın: