“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib “Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamının qarşıya qoyduğu tələblər çərçivəsində AMEA Rəyasət Heyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə dahi şairin dünyaya göz açdığı qədim Gəncə şəhərində “Yaşayan Nizami Gəncəvi” adlı elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.
AMEA-nın Gəncə Bölməsində keçirilən konfransda öncə “Nizami Gəncəvi – 880” sərgisi ilə tanış olublar.
Sərgidə Nizami Gəncəvinin müxtəlif dünya ölkələrinin kitabxana və muzeylərində saxlanılan əlyazmalarının və əsərlərinə çəkilmiş miniatürlərin surətləri, “Nizami Gəncəvi İli” çərçivəsində Bölmə əməkdaşlarının çap olunan kitabları və monoqrafiyaları nümayiş etdirilmişdir.


Dövlət Himninin səslənməsi və Şəhidlərimizin xatirəsinin anılmasıyla işinə başlayan konfransı giriş sözü ilə açan akademik Fuad Əliyev tədbir iştirakçılarını salamlayaraq dahi şairə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli il boyu böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin araşdırılması, tədqiqi, nəşri və bir çox dünya dillərinə tərcümə olunmasından danışaraq vurğulayıb ki, əslində ölkə başçısı, cənab İlham Əliyevin bu Sərəncamı ilə nizamişünaslığın yeni mərhələsinin təməli qoyulur. Nizami Gəncəvini dünya ədəbiyyatının yaradıcılarından hesab edən akademik qeyd edib ki, Nizami söz dünyasının İskəndəridir, Makedoniyalı İskəndər dünyanı qılıncı ilə fəth etmişdisə, Nizami Gəncəvi qələmiylə, hikmətiylə fəth etmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev Nizami yurdunun belə mötəbər tədbirə ev sahibliyi etməyinin əhəmiyyətindən və nizamişünaslığın növbəti mərhələsinə önəmli töhfə verəcəyindən danışıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi töhfələrdən söz açıb.

Tədbirdə qardaş Türkiyəni təmsil edən və Türkiyədə böyük Azərbaycan şairinin irsinin təbliği sahəsində xüsusi xidmətləri olan Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış edərək, Nizami Gəncəvinin, Əhməd Cavadın doğma vətənində olmaqdan bəxtiyarlıq duyduğunu, onların yaradıcılığının Türkiyədə də Azərbaycanda sevildiyi qədər sevildiyini bildirib. Qonaq, qəhrəman Gəncə şəhərinin 44 günlük müharibədən sonra həm də qazi şəhər olduğunu söyləyib.

Konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil şəcərəsi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova “Xosrov və Şirin”də Azərbaycan Atabəyləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Yelena Teyer “Nizami Gəncəvi əsərlərinin Avropada öyrənilməsi və tərcüməsi”, elmi işçi Hürnisə Bəşirova “Nizami Gəncəvinin Topqapı sarayında saxlanan əlyazma nüsxələri haqqında”, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvinin ictimai idealı”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Özbəkistanda Nizami Gəncəvi ənənələri”, Türk xalqları şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında ezoterik bilgilər”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Gəncəli Nizami Gəncəvi qlobal şəxsiyyətdir”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, mərkəzin elmi işçisi Xəyalə Hüseynova “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd Peyğəmbərlik və insanlıq etalonu kimi” adlı məruzələrlə çıxış ediblər.
Elmi-praktik konfrans maraqla dinlənən məruzələr ətrafında müzakirələrlə davam edib.

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-da çap olunan müxtəlif nəşrləri, o cümlədən müəllifliyi ilə 10 dildə nəşr edilən “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” haqqında tanıtma kitabını, TÜRKSOY-un hazırladığı “Nizamini oxuyaq” albom-kitabı Gəncə Bölməsinə hədiyyə edib.
Akademik həmçinin Əlyazmalar İnstitutunun əməkdaşı Seyfəddin Məmmədquluyevin Nizami Gəncəvinin taxta üzərində oyma-xətlə yazdığı kəlamını da həm İcra Hakimiyyətinin rəhbərliyinə, həm də AMEA-nın Gəncə Bölməsinə təqdim edib.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə hazırladıqları “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş Xüsusi Buraxılışını və rəhbərlik etdiyi “Bengü” nəşrlər evinin digər nəşrlərini hədiyyə edib.

Daha sonra konfrans iştirakçıları ikinci Qarabağ savaşı zamanı Ermənistan Silahlı Qüvvələrinin atdığı bomba nəticəsində dağılmış ərazidə, Qələbə parkında olub, şəhidlərimizi yad ediblər.
Nizami Gəncəvi məqbərəsi, həmçinin şairin atası Yusif, anası Rəisənin məqbərənin yaxınlığında yerləşən qəbirləri də qonaqlar tərəfindən ziyarət edilib.
Nizami Gəncəvi Muzeyində olan qonaqlar muzeyin zəngin eksponatları ilə tanış olub, xatirə dəftərinə ürək sözlərini yazıblar.
Qeyd edək ki, muzeydə davam edən tədbirdə tanınmış nizamişünas alim Xəlil Yusifli də iştirak etmiş, o şairin orada saxlanılan əlyazma nüsxələri haqqında maraqlı fikirlərini bölüşmüşdür. Ədəbiyyat İnstitutunun nəşrləri və əməkdaşların kitabları muzeyə hədiyyə edilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

Yeni nəşrlər, Humanitar elmlər
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Humanitar elmlər

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçiri ...

Humanitar elmlər
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

Elm, "Zirvə", Turan
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Rəsmi Xəbərlər, Humanitar elmlər, Təbriklər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Rəy yazın: