YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROV!.. DƏYƏRLİ ZİYALILARIMIZI VƏ
EL AĞSAQQALLARIMIZI
TANIYAQ VƏ TANIDAQ!..


TƏBRİK EDİRİK!..

Mayın 10-u Gürcüstanda yaşayan dəyərli soydaşımız, sözün əsl mənasında El ağsaqqalı,
Qaraçöp Ağsaqqallar Şurasının sədri,
Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının Qaraçöp bölgəsi üzrə nümayəndəsi,
tanınmış müəllim-pedaqoq, "SSRİ Maarif Əlaçısı", "ŞƏRƏF" ordenli "PREZİDENT" təqaüdçüsü,
“Professor Mədəd Çobanov adına
"XEY­RİY­YƏ FON­DU”
nun Qaraçöp bölgəsi üzrə nümayəndəliyinin rəhbəri,
istedadlı saz-söz adamı
AĞABALI VƏLİ OĞLU XEYİRXƏBƏROVun
doğum günüdür.
Daha doğrusu, Yubleyidir.
Anadan olmasının 70 illik yubileyi!..


XEYİRXƏBƏROV AĞABALI VƏLİ OĞLU -
1951-ci il may ayının 10-da
qədim Qaraçöp mahalında,
indiki Gürcüstanın Saqareco rayonundakı
Yor-Muğanlı kəndində anadan olub.

Uzun müddət orta məktəbdə müəllim işləyib,
məktəb direktorudirektor müavini
vəzifələrində çalışıb.

Ağabalı Xeyirxəbərov hazırda təqaüddə olmasına baxmayaraq yüksək hazırlıqlı pedaqoq və gözəl təşkilatçı kimi bu gün də Qaraçöpdə maarifin inkişafında öz bilik və bacarığını əsirgəmir.

Hələ keçmiş Sovet dövründə "SSRİ MAARİF ƏLAÇISI" Fəxri adına layiq görülmüş Ağabalı Xeyirxəbərov 1986-cı ildə SSRİ Təhsil Nazirinin Fəxri Fərmanı ilə və elə həmin ildə "Qoqebaşvili adına medal"la, 2003-cü ildə isə "ŞƏRƏF" ORDENİ ilə təltif olunub.
2007-ci ildə PREZİDENT təqaüdünə layiq görülüb.

Qaraçöp Ağsaqqallar Şurasının sədri, sözün əsl mənasında El ağsaqqalı olan Ağabalı Xeyirxəbərov
hazırda fəal və şərəfli ictimai xadim kimi tanınır. Məhz elə buna görə də o, həm də,
Gürcüstan Azərbaycanılarının Ağsaqqallar Şurasının Qaraçöp bölgəsi üzrə nümayəndəsi
“Professor Mədəd Çobanov adına "XEY­RİY­YƏ FON­DU”nun Qaraçöp bölgəsi üzrə nümayəndəliyin rəhbəri seçilib.

Ağabalı Xeyirxəbərov anadan olmasının 70 illik yubileyi münasibətilə
Azərbaycan Respublikası "Təhsil" Mərkəzi tərəfindən "Abdulla Şaiq" Mükafatına,
“Professor Mədəd Çobanov adına "XEY­RİY­YƏ FON­DU” tərəfindən Fəxri diploma,
"XXI Əsrin ziyalıları" Cəmiyyəti tərəfindən "İlin Zyalısı" Fəxri adına layiq görülüb.

Ağabalı müəllim həm də istedadlı saz-söz adamı kimi tanınır. Neçə-neşə şeirlər müəllifidir.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli el ağsaqqalı Ağabalı Xeyirxəbərovu
anadan olmasının 70 illik yubileyi və eləcə də, Yubileyi ilə əlaqədar olaraq
Fəxri mükafat, fəxri ad və Fəxri diplomla təltif olunması münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır və onun bədii yaradıcılığından bir neçə nümunəni aşağıda
dəyərli oxucularımıza təqdim edirik!..

Müşfiq BORÇALI,
ZiM.Az



* * *

Sən ey başımın bəlası,
Dinmə dilim, dinmə daha.
Bu dərdimin tək çarası,
Dinmə dilim, dinmə daha.

Bəşər yaman çılpaqlaşıb,
Xeyir şərlə qucaqlaşıb,
Namus qeyrət uzaqlaşıb,
Dinmə dilim, dinmə daha.

Başa düşən, yoxsa əgər,
Dediklərin gedər hədər,
Xətir itər, hörmət itər,
Dinmə dilim, dinmə daha.

Bilinmirsə qəza qədər,
Tanınmırsa ağa nökər.
Başın çoxlu bəla çəkər,
Dinmə dilim, dinmə daha.

Kabab yeyir köz fırladan,
Üzə düşüb üz fırladan,
Çoxalıbdır söz fırladan,
Dinmə dilim, dinmə daha.

Gəl oynama şər bəşərlə,
Nə tülküylə, nə də şirlə,
Qat başını xeyir şərlə,
Dinmə dilim, dinmə daha.

Ağıllansam bu yaşımda,
Gəzdrərdim tac başımda,
İnam yoxdur sirdaşıma,
Dinmə dilim, dinmə daha.

* * *

Arxana güvənmə, güvənmə oğlan,
Arxasız qalmağa güman var axı.
Kölgədə olmaqdan ləzzət alma gəl
Kölgələr düşməyən məkan var axı.

Bir gün olan deyli bu səltənətə də
Günah var zəkətsiz varda , döylətdə
Doğrudur olmaylb bu məmləkətdə
Ancaq Haq yanında divan var axı.

Yolun əyri yoldu, dolanma böylə
Elin dərdini çək, sözünü söylə
Yenə də gec deyil, tövbəni eylə
Ölüm ayağına zaman var axı.

***

Bu qədər dözümlü olarmış Ayı,
Dözərmiş cahillər dözənə qədər.
Yatanda tanınmır qaraltısından
Durub ayaq üstə gəzənə qədər.

Doğrudan qəribə heyvandır Ayı
Nə bir bənzəri var, nə də bir tayı,
Susamır, nə acmır yatır qış ayı ,
Baharı burnunda sezənə qədər.

Ayının fərqli günləri olur
Gəzməsi başqadır, yatması başqa,
Yazıq bu cahilin gününə yazıq,
Niyyəti başqadır, çatması başqa.

***

Dərd öldürər çəkəni,
Dərd özü ağır olub,
Çəkəni yüngül olsa.

Əkini dərin olmaz,
Düşər hər zaman dayaz,
Əkəni yüngül olsa.

Çəhlim düşməz, tez itər,
Yerindən otlar bitər,
Gəzəni yüngül olsa.

Ehtiyac yox imdada,
Batmaz heç vaxt dəryada,
Üzəni yüngül olsa.



Yadıma düşür


Usaqlıq vaxtını xatırlayıram
Yadıma anamın kəlməsi düşür.
,,Qalın geyinin ki, soyuq dəyməsin"
Həmişə bu sözü deməsi düşür.

Cox olsa da ailəmizdə sayımız
Var idi ruzimiz, haqdan payımız
Yaylaqda kecirdi hər il yayımız
Yadima anamın nəmisi düşür.

Zəhməti cox idi, gec yorulardı
Təzək dənləyərdi, yappa yapardı
Birimiz belində inək sağardı
Yadıma anamın şələsi düşür.

Corək bişirəndə , sac külləyərdi
Xəmir.yoğurardı, kündə tokərdi
,,Kökə bişirəcəm sizə "- deyərdi
Yadıma anamın kökəsi düşür

Vaxt tapanda əvəlik də dərərdi
Əvəlikdən uzun hörük hörərdi
Qurumağa dəyə üstə sərərdi
Yadıma anamın dəyəsi düşür

Bər bəzək bilməzdi, sadə geyərdi
Ne tapsa, ne olsa şükür deyerdi
Yeməyi hamıdan sonra yeyərdi.
Yadıma anamın yeməsi düşür.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, Bolus, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora

"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU"

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

AzTU, "XXI əsrin Ziyalıları", Təbriklər
DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Fond, Darvaz
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

Borçalı, Təbriklər
Rəy yazın: