DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB
Bu günlərdə “Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondu”
nun icraçı direktoru,
"Ziya" və "Zirvə" İnformasiya Mərkəzlərinin,
"ZiM.Az" və "Zirvə.İnfo" saytlarının rəhbəri,
"Borçalı" nəşriyyatının,
"Ziya" və "Şərqin səsi" qəzetlərinin
Baş redaktoru,
Dr. Müşfiq Borçalı
vaxtilə orta təhsil aldığı -
Gürcüstanın Bolnisi rayonundakı Darvaz kənd
ictimai məktəbində olub, məktəbin müəllim və
şagird kollektivi ilə görüşüb.


O, məktəbin müəllim və şagird kollektivini
öz adından, eləcə də
professor Mədəd Çobanovun
və təmsil etdiyi Xeyriyyə Fondunun İdarə Heyəti adından səmimi salamladıqdan sonra,
gəlişinin məqsədini açıqlayıb:

"Yəqin ki, unutmamısınız, ötən il oktyabrın 2-də
Darvaz kənd ictimai məktəbində məşhur dilçi,
görkəmli Azərbay­can ali­mi, tanınmış türkoloq,
təcrübəli pedaqoq, zəh­mət­keş tədqiqatçı,
xeyirxah insan, dəyərli ziyalı və ictimai xadim,
uzun müddət Azər­bay­can Ali Hərbi Dənizçilik
Məktə­bin­də "Dil­lər" kafedrasının müdiri,
Azərbaycan Dövlət Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İns­titutunda
Ali və Orta ixtisas təhsil məktəblərində professor-müəllim heyətinin ixtisasartırma fakültəsinin dekanı və
Azər­­baycan Res­publikasının Prezidenti yanında Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
Nyu-York Elmlər Akade­mi­yasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyi ilə əlaqədar olaraq keçirilən görüşdə elan etmişdik ki,
məktəbin ən yaxşı oxuyan 5 nəfər şagirdinə “Professor Mədəd Çobanov adına Təqaüd"
"Fəxri diplom" verəcəyik.

Budur, verdiyimiz vədlərimizə əməl etmək zamanı artıq gəlib çatıb.
Bu gün məhz elə buna görə də buradayıq.


Böyük qürur və fərəh hissi ilə diqqətinizə çatdırıram ki,
Gürcüstanda yaşayan soy­daş­larımıza maddi və mənəvi yardım gös­tərmək məqsədilə
professor Mədəd Namaz oğlu Çobano­vun anadan olma­sının 80 illik yubileyi şərəfinə
2017-ci il oktyabrın 16-da təsis olunmuş “XEY­RİY­YƏ FON­DU”nun
2017-ci il dekabrın 26-da keçirilmiş ikinci iclasının qərarı ilə
bir qrup tanınmış alim, təcrübəli müəllim, zəhmətkeş jurnalist və fəal tələbələrlə yanaşı,
Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin
5 nəfər ən yaxşı oxuyan şagirdi
də mükafatlandırılıb:
Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyevİntizam Məmmədov
“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi
"Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunublar."

Fondun icraçı direktoru Dr.Müşfiq Borçalı
təltif olunan həmin şagirdlərə
“Professor Mədəd Çobanov adına Təqaüd"ləri və "Fəxri diplom"ları bir-bir şəxsən təqdim edərək,
onları öz adından, eləcə də professor Mədəd Çobanovun və
təmsil etdiyi Xeyriyyə Fondunun İdarə Heyəti adından ürəkdən və səmimi qəlbdən təbrik edib,
onlara, eləcə də məktəbin bütün müəllim və şagird kollektivinə yeni-yeni uğurlar diləyib,
professor Mədəd Çobanovun xoş arzularını və ürək sözlərini çatdırıb,
vurğulayıb ki, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təltifetmələri,
bir sözlə, Darvaz kənd ictimai məktəbi ilə əlaqələri bundan sonra da davam edəcək,
ildən-ilə daha da genişlənəcək və xeyriyyə tədbirlərimiz gözəl bir ənənəyə çevrilərək.

Şagirdlərin problemləri ilə maraqlanan Müşfiq Borçalı onların diqqətinə çatdırıb ki,
yaxın günlərdə dərslərini yaxşı oxuyan daha 10 nəfər şagird
“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
"Fəxri təqaüd""Fəxri diplom"ları ilə mükafatlandırılacaq,
onlara kitab, dəftər, qələm və s. məktəbli ləvazimatları hədiyyə olunacaq.

Görüş zamanı Darvaz kənd ictimai məktəbinin direktoru Müseyib Qənbərov,
direktor müavini Raqif Əhmədov, fənn müəllimləri Tariyel Sarıoğlu, Oruc Əlləzov,
Vəkil Ovçuyev, Şəmil Musayev, Xanlar Hacıyev və b.
məktəbə göstərdiyi böyük diqqət
və qayğı üçün “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun rəhbərliyinə,
şəxsən professor Mədəd Çobanova və Fondun icraçı direktoru Müşfiq Borçalıya
təşəkkür edərək, öz dərin minnətdarlıqlarını bildiriblər.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Fond, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Mədəd Çobanov
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

Fond, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı

"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU"

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

Fond, M.F.Axundzadə adına Muzey, Tiflis, Qarayazı
GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 75

Professor Mədəd ÇOBANOV - 75

Mədəniyyət, Tv, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Bundan gözəl nə var, Mədəd müəllim!..

Bundan gözəl nə var, Mədəd müəllim!..

Poeziya, Borçalı, Arxiv, Mədəd Çobanov, Ramiz Abdullayev
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Darvaz, Mədəd Çobanov
Rəy yazın: