"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU"

"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU" XEYİRLİ OLSUN!..

“Professor
Mədəd Çobanov
adına
XEY­RİY­YƏ FON­DU”
-

2017-ci il oktyabrın 16-da
görkəmli elm xadimi,
məşhur Azərbay­can ali­mi,
tanınmış dilçi-türkoloq,
təcrübəli ali təhsil işçisi,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobano­vun
anadan olma­sının 80 illik yubileyi şərəfinə təsis olunub.


Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC,
"Şərqin səsi"
qəzeti, “Ziya” (ZiM.Az)“Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə Gürcüstanda yaşayan soy­daş­larımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə
maddi və mənəvi yardım gös­tərmək məqsədilə təsis olunan Fondun elə ilk iclasında

Fondun Fəxri sədri - Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik Möhsün Nağısoylu,


Fondun Mükafat Komitəsinin sədri - Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
Millət vəkili, akademik Nizami Cəfərov,


Fondun Təqaüd Komitəsinin sədri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin
filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru,
professor Buludxan Xəlilov,


Fondun icraçı direktoru - "Ziya" qəzetinin və "ZiM.Az" saytının rəhbəri
Dr. Müşfiq Borçalı
seçilib.

Fondun elə həmin gün keçirilmiş ilk iclasında qərara alınıb ki, yaxın və qısa bir müddətdə
işçi qrupu tərəfindən Fondun Nizamnaməsi, Əsasnaməsi, strukturu, gələcək fəaliyyət Proqramı və s.
hazırlanıb müzakirəyə təqdim olunsun.

İlk iclasda o da qərara alınıb ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan
ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun
ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı -
indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına
Tbilisi Dövlət Pedaqoji Universitetində), eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət
Pedaqoji Universitetində və digər ali müəssisələrində təhsil alan 5 nəfər tələbə
“Professor Mədəd Çobanov adına Təqaüd”,
vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə baş­ladığı
Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə
“Professor Mədəd Çobanov adına Mükafat” verilsin.

Həmçinin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə,
Mədəniyyət Mər­kəzlərinə, mətbuat orqanlarına, yaradıcı təşkilatlara yardım etmək,
Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək,
onları mükafatlandırmaq, “Ən yaxşı müəllim”, “Ən yaxşı mədəniyyət işçisi”,
“Ən yaxşı jurnalist”, "Ən yaxşı ictimai xadim"
və s. müsabiqələri keçirmək,
qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq,
Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafına maddi və mənəvi dəstək vermək,
şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək,
ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə,
el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı
Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. nəzərdə tutulsun.

Qeyd edək ki, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyi
Bakıda, Tiflis­də, Borçalıda - Marneulidə və Bolnisidə yüksək səviyyədə qeyd olunub.
Tez-tez doğma Borçalıya baş çəkən yubilyar, bu yaxınlarda Bolnisi rayonunda olub,
vaxtilə dünyaya göz açdığı və ilk orta təh­sil aldığı Darvaz kəndindəki ictimai məktəbdə
müəllim və şagirdlərlə görüşüb, onlara müəllifi oldu­ğu çoxsaylı kitablarını, eləcə də,
müəllimlər üçün vəsaitlər, şagirdlər üçün məktəbli ləva­zimatları və s. hədiyyə edib.

Professor Mədəd Çobanov görüş zamanı bildirib ki, doğma məktəbinə xeyriyyə tədbirləri
bundan sonra da müntəzəm olaraq davam edəcək.


* * * * *

2017-ci il dekabrın 26-da
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun
ikinci iclası keçirilib.


İclasda qərara alınıb ki,

Fondun Fəxri sədri, Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik Möhsün Nağısoylu,

Fondun Mükafat Komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
Millət vəkili, akademik Nizami Cəfərov,

Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktoru,
tanınmış şair-jurnalist
Dəyanət Osmanlı,

"Sirab" ASC-nn İdarə Heyətinin sədri Namiq Novruzov
tanınmış ictimai xadim Güləhməd Qəribov
“2017-ci il iyunun 12-də Azərbaycanda Atatürk Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyinə həsr olunmuş
Elmi Sessiyanın yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə”;


Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev,
Gürcüstan Azərbaycanlı Jurnalustlər Birliyinin sədri Nizami Məmmədzadə,
və professor Mahmud Kamaloğlu (Hacıxəlilov)


"2017-ci il avqustun 22-də Gürcüstanın Marneuli şəhərindəki
"Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illiyinə həsr olunmuş
Yubiley tədbirinin yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə";


Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov


“2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində (GAK)
böyük alim, tanınmış tədqiqatçı, görkəmli dilçi-türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki, filologya elmləri doktoru,
professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubleyi ilə
bağlı təntənəli tədbirin keçirilməsində göstərdiyi xidmətlərə görə”;


Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin direktoru Müseyib Qənbərov,
və həmin məktəbin direktor müavini Raqif Əhmədov


“2017-ci il oktyabrın 2-də Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbində
müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi,
Nyu-York Elmlər Akademiyasının akademiki, görkəmli dilçi və türkoloq alim,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının
80 illik yubileyinin yüksək səviyyədə təşkilinə görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
İdarə Heyətinin FƏXRİ FƏRMANI
ilə təltif olunsunlar.


Elə həmin iclasda o da qərara alınıb ki, Borçalı və Borçalıların təbliğində
xüsusi xidmətlərinə görə bir qrup şəxs, o cümlədən,

Zim.Az saytının əməkdaşı Firəngiz xanım İbadova
“Sosial şəbəkələrdə Borçalının və Borçalıların təbliğində göstərdiyi xidmətlərinə görə”;

"Borçalı" nəşriyyatının ədəbi redaktoru İlyas Əfəndi Vəfalı
"Dədəmiz Dədə Mədəd" şeirinə və eləcə də, Borçalının və Borçalıların təbliğində
göstərdiyi xidmətlərinə görə”;


'Ziya" qəzetinin əməkdaşı, "Borçalı" nəşriyyatının və Zim.az saytının texniki redaktoru Etibar Ovçuyev
“Borçalının və Borçaləların təbliğində gösrərdiyi xüsusi xidmətlərinə görə”


“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ DİPLOM” “PUL MÜKAFATI” ilə
təltif olunsunlar.


Eyni zamanda, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun Təqaüd Komitəsi
qərara alıb ki, ötən iclasda 5 nəfər tələbəyə təqaüdün verilməsi nəzərdə tutulsa da,
müraciətlərin çoxluğunu nəzərə alaraq, onların sayı artırılsın və 10 nəfər tələbə, o cümlədən,

BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Müşfiq qızı Mədədli (Darvaz),
BDU-nun fililogiya fakültəsinin II kurs tələbəsi Elida Muxayeva (Baydar),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
IV kurs tələbəsi Aytac Hüseyn qızı İsmayılova (Faxralı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
lV kurs tələbəsi Aytac Elxan qızı Nurməmmədova (Sadaxlı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filoilogiya fakültəsinin
III kurs tələbəsi Aytəkin Rakif qızı Yusifli (Bolnisi),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
I kurs tələbəsi Jalə Məzahir qızı Nəbiyeva (Dağ-Arxlı),
Tbilisi Dövlət Tibb Universitetinin tələbələri
Tural və Toğrul Rəsulovlar (Qaraçop-Qarayazı),
Tbilisi Dövlət Universitetinin I kurs tələbəsi
Yaşar Akif oğlu Əsgərov (Qaracalar)

Tbilisi İlia Dövlət Universitetinin lV kurs tələbəsi
Elməddin Şahvəddin oğlu Məmmədov (Darbaz)

“Təhsildə əldə etdiyi nailiyyətlərə və respublikanın ictimai həyatında fəal iştirakına görə”;

eləcə də, Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin 5 nəfər şagirdi -
Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyevİntizam Məmmədov

“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunsunlar.


Fondun İcra Aparatına tapşırılıb ki, yaxın zamanda Fəxri Fərmanlar, Fəxri Diplomlar,
Pul Mükafatları
Fəxri Təqaüdlər sahiblərinə çatdırılsın.

Növbəti mükafatlandırma mərasminin Novruz Bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulsun.

İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.

Fondun ayrı-ayrı Komitələrinə sədrlər və müxtəlif bölgələr üzrə nümayəndəliklərin rəhbərləri seçilib.

O cümlədən,


Azərbaycanın Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu - Mədəniyyət məsələri üzrə müşavir,
Mədəniyyət Komitəsinin Sədri,

Gürcüstan Ədəbiyyat Akademiyyasının akademiki, filologiya elmləri doktoru,
professor Şurəddin Məmmədli Türkiyə Respublikasındakı nümayəndəliyin rəhbəri,

Professor Cengiz Alyılmaz - Türkiyənin Atatürk Universitetindəki nümayəndəliyin rəhbəri,

tanınmış iş adamı Hafiz Şabanov - Polşa Respublikasındakı nümayəndəliyin rəhbəri,

Ukrayna Avropa Universitetinin Gürcüstan filialının rektoru, Cumber Lejava adına çoxprofilli Beynəlxalq Elmlər Akademiyasının akademiki, Fazis Elmlər Akademiyasının, Gürcüstan Sosial Elmlər Akademiyasının akademiki, professor Alı Musayev - Gürcüstanın Tiflis bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

Tiflisdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş redaktoru,
Gürcüstan Yazıçıları Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü -
Əziz Dəlivəlli - Gürcüstanın Rustavi bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov - Gürcüstanın Başkeçid bölgəsi üzrə nümayəndəliyinin rəhbəri,

Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri və "Ümid" qəzetinin baş redaktoru
Əlixan Yəhyaoğlu - Bolnisi bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

professor Novruz Bayramov Marneuli bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

jurnalist Nadir Almazoğlu - Qarayazı bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

el ağsaqqalı Ağabalı Xeyirxəbərov - Qaraçöp bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

şair Yunis Novruz - Qabal bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

qocaman maarif işçisi Əziz Abbasov - Qaracalar bölgəsi üzrə nümayəndəliyin rəhbəri,
Akif Əsgərov isə onun müavini;

yazıçı-tərcüməçi Cambul Məmmədli - Kaspi-Msxeta bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

"Qafqaz-Media" İB-nin sədri Azadə Taleh Abbasqızı - QHT-lərlə iş şöbəsinin müdiri,

İlhamə Məhəmmədqızı - Sumqayıt şəhərindəki nümayəndəliyin rəhbəri,

Elşad Çobanlı - Gənclərlə iş şöbəsinin müdiri

təsdiq olunublar.

Qərara alınıb ki, gələcəkdə Fondun MDB, Rusiya, Moskva, Peterburq, Tümen, Ukrayna,
Orta Asiya, Çənubi Azərbaycan, Kərkük
və s. bölgələrdə də nümayəndəlikləri, eləcə də
Elm, Təhsil, Hüquq, Ədəbiyyat İncəsənət Komitələri, QadınlarGənclər Şuraları,
Poeziya, Nəsr, Publisistika, Dramaturgiya, Ədəbiyyatşünaslıq, Ədəbi tənqid, Ədəbi Əlaqələr
Bədii tərcümə şöbələri yaradılsın, Fondun nəzdində "Qara Arxac" adlı Elmi-publisistik məcmuə,
çoxcildli "Zirvə" Poeziya antologiyası, "Yeni nəfəs" Nəsr antologiyası,
"Quyu Bulaq" adlı - gənc yazarların yaradıcılığından ibarət ədəbi-bədii toplu və s. nəşr olunsun.


REDAKSİYADAN:

Biz də ZiM.Az-ın yaradıcı heyəti və çox saylı izləyiciləri adından
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YARANAN YENİ FONDa
gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı, dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor Mədəd Çobanova uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Mədəd Çobanov
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

Fond, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı
DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Fond, Darvaz
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Fond, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

TDPİ-nin Azərbaycan bölməsi, Elm, "Region-Press", Borçalı, Darvaz, Arxiv
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Darvaz, Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçi ...

Əsas xəbər, Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Rəy yazın: