“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib “Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib “Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib “Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib “Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib “Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib “Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib Fevralın 11-də
Azərbaycan Milli
Elmlər Akademiyasının
Mərkəzi Elmi
Kitabxanasında
“Sabahın alimləri”
V Respublika
Müsabiqəsinin
açılış mərasimi
keçirilib.


Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur.

Son illərdə respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayının artdığını deyən nazir elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən danışıb, ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizminin hazırlandığını vurğulayıb.

AMEA-nın prezidenti
Akif Əlizadə,
gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İntel” korporasiyasının
MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd ediblər.

2013-cü ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olan, hazırda Kanadanın Vaterloo Universitetində turizm sahəsi üzrə təhsil alan Murad Əlizadə müsabiqədə qazandığı təcrübəni bölüşüb, əldə etdiyi uğurlardan danışıb.

“Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.

Bir sıra universitetlər tərəfindən elmi dəstək verilən müsabiqə 8 kateqoriya üzrə keçirilir. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərindən ibarət Münsiflər heyəti yaradılıb. Müsabiqəyə yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.

Müsabiqə üç gün davam edəcək. Müsabiqənin ikinci günündə Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Günün sonunda isə ölkəmizin görkəmli alimləri ilə şagirdlərin görüşü keçiriləcək. Fevralın 13-də isə günün birinci yarısında elan olunacaq “Açıq qapı” saatlarında Bakı şəhərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Günün ikinci yarısında isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcəkdir.

Müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanacaqlar.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

Nazirlik
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

Nazirlik, Kolleclər
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, Nazirlik, Məktəblər
“Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

Elm
Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil, Nazirlik
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
Gənc fiziklər AzTU-da

Gənc fiziklər AzTU-da

AzTU
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
II Qış Elm Festivalı təşkil olunub

II Qış Elm Festivalı təşkil olunub

BMU
AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU
Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilə ...

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilə ...

Digər bölmələr, BMU
AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU-da Sosial Layihələr Müsabiqəsinin təqdimatı keçirilib

AzTU
Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Mədəniyyət, Elanlar, QHT
Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur...

Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur...

Azərbaycan, Müsabiqə, Gürcüstan, Elanlar, Dünya, Köşə yazılar
XIII Respublika Universiadasında AzTU-nun tələbələri də iştirak edir

XIII Respublika Universiadasında AzTU-nun tələbələri də iştirak edir

AzTU, İdman
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb

Biologiya və tibb elmləri
Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

AzTU, Turan
Rəy yazın: