Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğurla davam etdirilir”

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğurla davam etdirilir” Dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edən əsas mərkəzlərdən biri kimi AMEA-nın bütün institut və təşkilatlarında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ərazi təşkilatları fəaliyyət göstərir.

Bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda ictimai-elmi seminarda çıxışı zamanı səsləndirib.

Azərbaycanın müstəqil dövlətçilik ideologiyasının tarixi qaynaqlarından, inkişaf mərhələlərindən danışan AMEA prezidenti əlavə edib ki, bu baxımdan Akademiyanın alimlərinin əsas vəzifəsi müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi xəttin, formalaşdırdığı ideologiyanın və seçdiyi hədəflərin inkişaf etdirilməsinə elmin dəstəyini təmin etməkdən ibarətdir.

Akademik İsa Həbibbəyli Ulu Öndərin azərbaycançılıq ideologiyasını hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən müəyyən etdiyini, dahi şəxsiyyətin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edildiyini diqqətə çatdırıb. Bildirib ki, həmin illərdə Azərbaycanın bir çox şair və yazıçılarının dünyada və keçmiş ittifaqda tanıdılmasına nail olmaq üçün onlara fəxri adlar verilmiş, həmçinin Nizaminin, Nəsiminin, M.F.Axundzadə və başqa görkəmli şəxsiyyətlərin yubileyləri geniş miqyasda qeyd olunmuşdur.

“Azərbaycan xalqı və dili anlayışları Ulu Öndərin ölkədə sabitlik və birlik yaratmaq üçün kəşf etdiyi dəyərlərdəndir”, – deyə qeyd edən AMEA rəhbəri bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev dünyanın yeni reallıqlarına, ölkədə gedən mövcud proseslərə uyğun olaraq azərbaycançılıq ideyalarını yeni keyfiyyətdə daha da zənginləşdirir və möhkəmləndirir. Bu baxımdan Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğurla davam etdirilir.

“Azərbaycan xalqı xoşbəxtdir ki, onun görkəmli dövlət xadimi Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi dünya liderləri ilə bir sırada dayanan lideri var”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA prezidenti əlavə edib ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış qələbə tariximizin ən böyük zəfərlərindəndir. Alim vurğulayıb ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Qarabağa səfərlərinin böyük əksəriyyətində ölkə Prezidenti ilə çiyin-çiyinə iştirak edərək Qarabağın yeni tarixinin yazılmasında öz imzasını atmışdır.
Onun sözlərinə görə, müstəqil Azərbaycan iqtisadiyyat, elm, təhsil, səhiyyə, rabitə, bir sözlə bütün sahələrdə yeni mərhələyə qədəm qoyub və böyük addımlarla gələcəyə doğru uğurla irəliləyir. Prezident İlham Əliyevin ölkəmizi dünyanın inkişaf etmiş ölkələri sırasına qaldırdığını qürur hissi ilə ifadə edən akademik bu təşəbbüsləri Heydər Əliyev ideyalarının böyük təntənəsi kimi qiymətləndirib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

İqtisadiyyat
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
Rəy yazın: