AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi, pedaqoq və görkəmli ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, universitetin tələbə və müəllimləri, həmçinin Əhməd Cavadın nəvəsi Almas Axundzadə, nəticələri Cavad və Mahmud Axundzadələr iştirak ediblər.

Əvvəlcə Əhməd Cavadın müəllifi olduğu Azərbaycan Dövlət Himni səsləndirilib.


Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri idi.
Rektor deyib ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsində Əhməd Cavad yaradıcılığının böyük rolu var. Azərbaycançılıq, türkçülük ideyaları, türk xalqlarının birliyinə çağırış kimi mövzular Əhməd Cavad yaradıcılığının əsasını təşkil edib. Vilayət Vəliyev Əhməd Cavad kimi ədiblərin hər zaman minnətdarlıqla xatırlanacağını bildirib.

Tarix elmləri doktoru, professor, Əhməd Cavad haqqında yazılan ilk kitabın müəllifi Nəsiman Yaqublu görkəmli ədibin yaradıcılığından danışıb. Qeyd edib ki, üçrəngli bayrağımız haqqında ilk şeirlərin müəllifi olan Əhməd Cavad tarixdə istiqlal şairi kimi tanınıb. Təəssüf ki, dövrün parlaq şəxsiyyətləri sırasında olan Əhməd Cavad 1930-cu illərin ağır repressiyalarına məruz qalıb və sovet totalitarizminin qurbanına çevrilib.

Əhməd Cavadın ailəsi adından çıxış edən nəticəsi Cavad Axundzadə ədibin irsini yaşatdığına, onun yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzaladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bildirib ki, Əhməd Cavad Dövlət Himninin müəllifi kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Cavad Axundzadə milli mübarizəyə, istiqlala xidmət edən Əhməd Cavad irsinin Azərbaycanda yaşadıldığı qədər, qardaş Türkiyədə də dəyərləndirildiyini deyib. O, Əhməd Cavadın türk dünyasında məşhur olan şeirlərindən misralar səsləndirib.

Çıxışlardan sonra Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir tələbələrin ifasında Əhməd Cavadın şeirləri və şeirlərinə yazılmış mahnıların səsləndirilməsi ilə davam edib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU
Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi ...

Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi ...

Humanitar elmlər, Turan
TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

Borçalı, Siyasət
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Nazirlik, Digər ali məktəblər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Humanitar elmlər
Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Əsas xəbər, Siyasət
AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

Elm, "Zirvə", Turan
Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

AzTU
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Əhməd İlhamoğlu: BAŞKEÇİD

Əhməd İlhamoğlu: BAŞKEÇİD

Poeziya, Müsabiqə, Başkeçid
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

BDU, AzTU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU-da Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

AzTU
Rəy yazın: