Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi Professor Pənah Xəlilovun 90 illik yubileyi Professor Pənah Xəlilovun 90 illik yubileyi Professor Pənah Xəlilovun 90 illik yubileyi Professor Pənah Xəlilovun 90 illik yubileyiBDU-da professor Pənah Xəlilovun
90 illik yubileyinə həsr olunmuş
Respublika elmi konfransı keçirilib


Dekabrın 18-də Bakı Dövlət Universitetində
görkəmli ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru,
professor Pənah Xəlilov
un 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Pənah Xəlilov 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və 70 ildir taleyini həmişəlik bu ali məktəblə bağlayıb. Rektorun sözlərindən məlum olub ki, Pənah Xəlilov elmi şuranın qərarı ilə universitetdə saxlanıb, aspiranturada təhsil alıb, 1951-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə isə filologiya elmləri doktoru elmi adına layiq görülüb. Akademik həmçinin bildirib ki, Pənah Xəlilovun Bakı Dövlət Universiteti qarşısında, dolayısı ilə Azərbaycan elmi, ədəbiyyatı və xalqı qarşısında müstəsna xidmətləri var. O,1973-cü ildə BDU-nun filologiya fakültəsində açılan “SSRİ xalqları ədəbiyyatı” kafedrasının ilk müdiri seçilib. Sonralar adı “Türk xalqları ədəbiyyatı” kafedrasına dəyişdirilən bu kafedra üçün Pənah müəllim güclü potensiala malik alimlər seçib, bir qismini isə şəxsən özü yetişdirib. Onun rəhbərliyi altında 20 nəfərə yaxın elmlər namizədi, 5 elmlər doktoru dissertasiya müdafiə edib. Pənah Xəlilovun ölkənin ümumtəhsil məktəbləri üçün bir sıra proqram və dərsliklərin hazırlanmasında yaxından iştirak etdiyini diqqətə çatdıran rektor, onun akademik Məmməd Arif Dadaşzadə ilə birlikdə yazdığı “Ədəbiyyat” dərsliyi, professor Mir Cəlal Paşayevlə birlikdə qələmə aldığı “Ədəbiyyatşünaslığın əsasları” kitabı müxtəlif dövrlərdə dəfələrlə nəşr olunub. Pənah Xəlilovun ölkəmiz və elmimiz qarşısındakı mühüm xidmətlərinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini deyən rektor onun “Əməkdar müəllim” adına layiq görüldüyünü, həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olduğunu diqqətə çatdırıb.

Rektor çıxışının sonunda Pənah Xəlilovu “Gənc nəslin yetişdirilməsində göstərdiyi xüsusi xidmətlərinə, elmin, təhsilin inkiafındakı böyük roluna və anadan olmasının 90 illik yubileyi münasibətilə” Fəxri fərmanla təltif edib.
Eyni zamanda alimə təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın təbrik ünvanı təqdim edilib.

Yubilyarın həyat və elmi yaradıcılığına həsr olunmuş film nümayişindən sonra filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin “Böyük alimin şərəfli həyat yolu” adlı məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov, professorlar – Abuzər Xələfov, Tofiq Hüseynoğlu, Ramiz Əsgər, Əməkdar jurnalist İlyas Adıgözəlov, eləcə də Türk xalqları ədəbiyyatı kafedrasının professor-müəllim heyəti çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi,
18 dekabr 2015-ci il.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

Digər bölmələr, Bolus
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

ADPU, "Elm və Təhsil"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BDU, Hüquq
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Rəy yazın: