“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda Beynəlxalq elmi konfrans

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
Dekabrın 1-də AMEA-nın Əsas binasında Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda Beynəlxalq elmi konfrans işə başlayıb.

İki günlük beynəlxalq tədbirdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrin tanınmış alim və mütəxəssisləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türk xalqları ədəbiyyatına həsr olunmuş konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bu, müstəqillik illərində Bakıda keçirilən Türk xalqları ədəbiyyatına həsr olunmuş ilk konfransdır. Beynəlxalq tədbirdə 8 ölkədən 94 alim iştirak edir.

AMEA-nın vitse-prezidenti tədbirin keçirilməsinin məqsədinin Türkdilli xalqların mədəni və ədəbi inteqrasiyasının daha da surətləndirmək, son illər ədəbiyyat sahəsində aparılan elmi-tədqiqat işlərini, türkdilli xalqların ədəbiyyatları qarşısında duran problemlərin həlli yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq olduğunu bildirib.

Son illər ortaq türk ədəbiyyatının öyrənilməsi və elmi araşdırılması istiqamətində mühüm addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyası təsis edildikdən sonra Türk dövlətləri arasında ədəbi-mədəni əlaqələrin genişləndiyini, dostluq münasibətlərinin daha da möhkəmləndiyini dilə gətirib.

Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirib ki, Türk xalqları ədəbiyyatının müstəqil tədqiqi ortaq türk ədəbiyyatının öyrənilməsindən başlanılmalıdır. Türkdilli xalqların hələ də açılmamış zəngin ədəbi xəzinəsinin mövcud olduğunu söyləyən alim qeyd etdi ki, bu xəzinənin açılışı nəinki Türkdilli xalqların ədəbiyyatının, həm də dünya ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb edir: “Ən məşhur rus alimləri də etiraf ediblər ki, Türk dilini bilmədən, Türk ədəbiyyatını öyrənmədən dünya ədəbiyyatının tam elmi və müfəssəl dərki mümkün deyildir”.

Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, professor Mesut Şen (Türkiyə), dos.Dr. Rahmatulla Barakayev (Özbəkistan), dos.Dr. Seyfəddin Altaylı (Türkiyə), professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı və başqaları bu cür konfransların təşkilinin Türk xalqlarının ədəbi, dil, mədəni birliyinə və onların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini söyləyiblər, konfransın işinə uğurlar diləyiblər.

Konfrans öz işini plenar iclaslar üzrə davam etdirib.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

Humanitar elmlər
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Elm, "Zirvə", Turan
Rəy yazın: