İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...

İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB...
İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... İlham Əliyevin Gürcüstana rəsmi səfəri -- YENİLƏNİB... Prezident İlham Əliyev Gürcüstana rəsmi səfərə gəlib.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.


***


İlham Əliyev Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Prezident İlham Əliyev Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.


***


İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib


Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildi.


***


İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub


Prezident İlham Əliyevin Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Giorgi Marqvelaşviliyə təqdim olundu.

Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşdülər.


***


İlham Əliyevin və Gürcüstan Prezidenti
Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub


Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


***


Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü olub


Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.

Gürcüstan Prezidenti
Giorgi MARQVELAŞVİLİ dedi:


- Zati-aliləri cənab Prezident.

Hörmətli nümayəndə heyətinin üzvləri.

İcazə verin, Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim.

Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək.


X X X


Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:


Çox sağ olun, hörmətli cənab Prezident.

Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək.

Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin.

Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik.


X X X


Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparıldı.


***


Azərbaycan və Gürcüstan prezidentləri Birgə Bəyannamə imzalayıblar


Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.


***


Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.


***


İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib


Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.

Dövlət başçıları naharda çıxış ediblər.


***


Azərbaycan və Gürcüstan prezidentləri Marneulidə “Çay evi” tədris mərkəzi ilə tanış olublar


Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.

Dövlət başçılarına məlumat verildi ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.

Qeyd edildi ki, layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında milli mətbəximizin təamları təqdim edilir.

Bildirildi ki, “Çay evi” memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan “European Property Awards”ın təsis etdiyi “Sosial memarlıq” nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.

“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Sonra Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Marneulidə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, iş adamı İspəndiyar Məmmədov və sahibkar Heydər Musayev çıxış etdilər.

Sonda xatirə şəkli çəkdirildi.


***


İlham Əliyev Marneulidə kompleks ilə tanış oldu


Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə tanış olublar.

Dövlət başçılarına məlumat verilib ki, “Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir. Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir.

Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə- tərəvəz və çərəz saxlanılacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub.

Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işləri “Akkord Georgia” şirkəti tərəfindən həyata keçirilib.


* * *


Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.

II İliya qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıyır. Hər iki dövlət Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmir

Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırdı.

SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən Prezident hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu dedi.


***



İlham Əliyev Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib


Prezident İlham Əliyev Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı Tbilisidə Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin evinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə Eduard Şevardnadzenin və onun xanımının məzarları önünə gül dəstələri qoydu.

Dövlət başçısı mərhum Prezident Eduard Şevardnadzenin ailə üzvləri ilə görüşdü.


Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən dövlət başçısı qeyd etdi ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır. Vaxtilə ulu öndər Heydər Əliyev ilə Eduard Şevardnadzenin yaxın dostluq münasibətlərindən danışan Prezident İlham Əliyev bildirdi ki, hər iki lider Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında müstəsna rol oynayıblar.

Eduard Şevardnadzenin ailə üzvləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Qeyd olundu ki, dövlət başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Bildirildi ki, Eduard Şevardnadze də daim ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.

Prezident İlham Əliyev Eduard Şevardnadzenin müxtəlif illərdə çəkdirdiyi fotolara və layiq görüldüyü mükafatlara, ona bağışlanan hədiyyələrə baxdı.

Sonda xatirə şəkli çəkdirildi.


***



Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verildi.


***


Bu gün Azərbaycanın Prezidenti İlham Əliyevin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.


"Qafqazinfo"nun məlumatına görə, görüşdə ölkələrimiz arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirilib. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Gürcüstanın Baş naziri ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***


Prezident İlham Əliyevin Gürcüstan parlamentinin sədri ilə görüşü olub


Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü olub.

David Usupaşvili Azərbaycan Prezidentini parlamentin binası önündə qarşıladı. Gürcüstan parlamentinin deputatları Prezident İlham Əliyevə təqdim olundu. Dövlətimizin başçısı və Gürcüstan parlamentinin sədri xatirə şəkli çəkdirdilər.

Görüşdə David Usupaşvili Gürcüstana rəsmi səfəri çərçivəsində parlamentə gəldiyinə görə deputatlar adından Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirdi. David Usupaşvili Prezident İlham Əliyevin təkcə regionun deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi Gürcüstana rəsmi səfərindən şərəf duyduqlarını vurğuladı.

Gürcüstan parlamentinin sədri ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olmasına baxmayaraq, bu münasibətləri daha da möhkəmləndirmək baxımından Azərbaycan dövlətinin başçısının bu səfərinin mühüm önəm daşıdığını söylədi. David Usupaşvili Prezident İlham Əliyevi rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsi münasibətilə Gürcüstan parlamenti adından təbrik etdi və yeni tərkibdə Azərbaycan parlamenti ilə münasibətləri davam etdirəcəklərini bildirdi.

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri ilə Bakıda keçirdiyi görüşləri xatırladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olmasını prezidentlər tərəfindən imzalanan Birgə Bəyannamənin bir daha təsdiq etdiyini vurğuladı. Bizim əlaqələrimizin təməlində xalqlarımızın bir-birinə olan hörməti, rəğbəti dayanır, - deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, sosial və humanitar sahələrdə Gürcüstan ilə Azərbaycanın hazırki əməkdaşlığının bir çox ölkələr üçün nümunə ola biləcəyini söylədi, dostluq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin önəmindən danışdı.

Sonra dövlətimizin başçısı Gürcüstan parlamentinin xatirə kitabına ürək sözlərini yazdı.


***


Səfər başa çatdı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri noyabrın 6-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tbilisinin Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.






.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

Azərbaycan, Gürcüstan
İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri

İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Azərbaycan, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

Əsas xəbər, Azərbaycan
Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Tiflis, Diaspora
Gürcüstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Gürcüstan, Tiflis, Diaspora
İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

---
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan, Diaspora
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib -  ...

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - ...

Əsas xəbər, Azərbaycan, Gürcüstan, Siyasət
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan, Borçalı
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı soydaşlarımıza 8 traktor h ...

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstandakı soydaşlarımıza 8 traktor h ...

Gürcüstan, Borçalı
Gürcüstanın Baş Naziri Zati-aliləri cənab Giorgi Qaxariyaya

Gürcüstanın Baş Naziri Zati-aliləri cənab Giorgi Qaxariyaya

Rəsmi Xəbərlər, Gürcüstan, Təbriklər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmi ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmi ...

Rəsmi Xəbərlər, Gürcüstan
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi q ...

İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi q ...

Əsas xəbər, Azərbaycan, Rusiya
İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

Əsas xəbər, Azərbaycan, Qarabağ
Rəy yazın: