Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu

Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu DƏYƏRLİ İZLƏYİCİLƏRİMİZ!..
OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

Novruz bayramında
od çərşənbəsinin
xüsusi yeri vardır.


Lakin təəssüf ki, hələ də
od bayramını zərdüştlüklə əlaqələndirənlər vardır.

İlk növbədə qeyd etməliyik ki, Novruzun yaz bayramı olması və milli-etnik kimliyin formalaşmasından əvvəl ortaya çıxması bu iddianı özü-özlüyündə inkar edir.

İkincisi, sivilizasiyalar arası münasibətlər prizmasından baxdıqda da bu iddia özünü doğrultmur.
Bununla bağlı məsələyə “Sivilizasiyaların kəsişməsində Türk dünyası” kitabımda ətraflı toxunmuşam.
Maraqlı ola bilər deyə kitabdan qısa bir çıxarış verirəm:

Türklərdə od bayramının, odun – ocağın mənəvi əhəmiyyəti, ümumiyyətlə “od kultu”nun olması atəşpərəstliyin Türk sivilizasiyasına məxsus olması ilə bağlı iddiaçılara əsas verir. Lakin türk xalqları üçün bütün bu elementlər olsa belə, diqqətlə təhlil etdikdə bu amillərin atəşpərəstliklə heç bir bağlılığının olmamasını aydın görmək olar.

Başlayaq od kultundan. Məlum olduğu kimi zərdüştlükdə oda sitayiş dinin əsas mahiyyətini təşkil edir. Türklərdə isə od kultu sitayiş məbədi olaraq deyil, daha çox odun təmizləyici qüvvəyə malik olması ilə bağlı olmuşdur. Hətta Novruz bayramında tonqalın üzərindən tullanma mərasimində də biz bunun şahidi oluruq. Bayramda tonqal üzərindən atlananlar “Ağırlığım, uğurluğum odun üzərinə” – deyirlər ki, zərdüştiliyə görə odla belə rəftar günahdır. Çünki bu dinin inamına görə atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır. Türklərin od mərasimi isə odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır. Odun bu funksiyası ilə bağlı digər faktlara da rast gəlinir. Qədim türklər bir yerdən başqa yerə köç edəndə “ailə odunu – ocağı” söndürməzdilər, oda su tökməzdilər, onun közünü özləri ilə aparıb yeni yerdə yandırardılar. Türklərin qədim dini olan Tanrıçılıq ənənələrinə görə gəlin gələndə iki odun arasında keçib bəyin evinə daxil olurdu. Bu da od vasitəsilə təmizləmə mərasimi kimi qiymətləndirilir. Bizans tarixi mənbələrində də türklər arasında od kultu ilə bağlı faktlara rast gəlirik. Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə məcbur etmişdilər.

Azərbaycanın “Odlar yurdu” adlandırılmasını da zərdüştlüklə əlaqələndirənlər var.
Amma bununla bağlı Azərbaycanlı alimlər Yunis Oğuz və Bəxtiyar Tuncay çox əsaslandırılmış bir fakt ortaya qoymuşlar. Belə ki, Azərbaycanı əbədi odun vətəni olmaqla zərdüştlüyün mərkəzi hesab edənlər bir faktı unudurlar ki, zərdüştlərin fikrincə, günəş çıxan zaman od yandırmaq günahdır. Od yalnız gün batandan sonra yandırılmalıdır. Azərbaycan isə əbədi odlar diyarıdır, yəni zərdüştlüyün qanunlarına cavab vermir və bu ideyanın puç olduğunu bir daha göstərir.

Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu Beləliklə, od çərşənbəsi yazın növbəti carçısıdır və atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Bayramınız mübarək olsun ! Bütün ağrı və acılarınız adda batsın və yeni ilə sağlam, mənəvi cəhətdən rahat və saf daxil olasınız!..

Ərəstü HƏBİBBƏYLİ,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici əlaqələr şöbəsinin
müdir müavini,
iqtisadiyyat üzrə fəlsəfə doktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

Əsas xəbər, Təbriklər
Həsən Həsənov: “Azərbaycanlıların Novruz bayramı Zərdüştün deyil, türk əsil ...

Həsən Həsənov: “Azərbaycanlıların Novruz bayramı Zərdüştün deyil, türk əsil ...

Folklor, Avropa
İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

Əsas xəbər, Azərbaycan
YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

Əsas xəbər, Təbriklər
Novruz bayramınız mübarək olsun!

Novruz bayramınız mübarək olsun!

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
NOVRUZ BAYRAMI

NOVRUZ BAYRAMI

Əsas xəbər, Regionlar, Köşə yazılar
ƏMİRTÜRBƏ  TORPAQ  QƏBİRLƏRİ

ƏMİRTÜRBƏ TORPAQ QƏBİRLƏRİ

Regionlar, Tarix
Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzaki ...

Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzaki ...

Folklor, Avropa, Diaspora
Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqında

Bolus
Əziz Dostlar, BAYRAMIMIZ MÜBARƏK!..

Əziz Dostlar, BAYRAMIMIZ MÜBARƏK!..

Azərbaycan, Əsas xəbər, Təbriklər
İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Regionlar, Köşə yazılar
İŞIQLI ATALI:

İŞIQLI ATALI: " Novruz Bayramından İnsanlıq Bayramına: Ulusal – Bəşəri öz ...

Humanitar elmlər, Köşə yazılar
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Folklor, Təbriklər
Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Borçalı
“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - III MƏQALƏ

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - III MƏQALƏ

Ədəbiyyatşunaslıq
AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU
Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ  NECƏ YARANMIŞDIR?...

Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?...

Borçalı, Bolus, Darvaz, Digər, Arxiv, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti, Köşə yazılar
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Yeni nəşrlər, Humanitar elmlər
Rəy yazın: