AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir Sentyabrın 23-də Azərbaycan Texniki Universitetində Avropa Komissiyasının TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Tədbiri AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq “Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” mövzusunda Avropa Komissiyasının TEMPUS Layihəsinin yekunlarından danışmışdır. Rektor bildirmişdir ki, bu əhəmiyyətli layihənin müvəffəqiyyətlə başa çatması Universitetdə yüksəkixtisaslı mühəndis kadrların hazırlanması prosesini təkmilləşdirməyə xidmət edir. Layihənin yerinə yetirilməsi Azərbaycanda mühəndis hazırlığının Avropa təhsil sisteminə inteqrasiyası və tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

Rektor vurğulamışdır ki, Avropa Birliyinin Təhsil və Mədəniyyət üzrə Komissiyasının ilkin layihələrindən biri 2001-2003-cü illərdə AzTU-da yerinə yetirilmişdir. Bu Layihə Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilmişdir. Həmin Layihə Azərbaycan Texniki Universitetində “Elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi” mövzusunda olmuşdur. Layihə çərçivəsində Avropa standartlarına uyğun bakalavr və magistr təhsil səviyyəsində “Elektroenergetika”, “Avtomatika və informasiya texnikası” və “Avtomobillərin elektrik və elektron avadanlıqları” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilmişdir. Universitetdə TEMPUS Mərkəzi yaradılmış, müəllimlər seçilmiş və alman dili intensiv kursları təşkil edilmişdir. Müəllimlər Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetinə ezam olunmuşlar. Bu universitetlərin təcrübəli əməkdaşları Layihəyə cəlb olunmuş və AzTU-nun müəllimləri ilə birgə iş aparmışlar. Nəticədə Avropa standartlarına uyğun “Elektroenergetika”, “Avtomatika və informasiya texnikası” və “Avtomobillərin elektrik və elektron avadanlıqları” bakalavr ixtisaslarının tədris planları hazırlanmışdır. Hər üç ixtisas üzrə tərəfdaş universitetlərin iştirakı ilə müasir tədris laboratoriyaları yaradılmışdır.
Avropa Komissiyasının Monitorinq qrupu bu Layihədə görülmüş işləri müsbət qiymətləndirmiş və əldə olunan nəticələrin Azərbaycanın digər ali məktəblərində tətbiq olunmasını tövsiyə etmişdir.
Hazırda Azərbaycan Texniki Universitetində yerinə yetirilən TEMPUS Layihəsi üzrə bakalavr təhsil səviyyəsində 2 ixtisasda 60 bakalavr və 4 magistrant təhsil alır.

Konfransda Təhsil Nazirinin müavini Ceyhun Bayramov çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” kimi proqram sənədlərində Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşdirilməsi ilə yanaşı, Azərbaycan təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara cəlb olunması mühüm yer tutur.

Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri xanım Malena Mard, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Schoenfeld, Layihənin koordinatoru, Köln Texniki Universitetinin professoru Reza Talebi-Dəryani, Azərbaycanda “Erasmus+proqramlar” ofisinin rəhbəri Pərviz Bağırov konfransda çıxış edərək Azərbaycan Respublikası ali məktəblərində Avropa Komissiyasının TEMPUS Layihəsi ilə bağlı görülmüş işlərin əhəmiyyətindən danışmışlar.

Köln Texniki Universitetinin sabiq prezidenti, professor Joachim Metsner Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədova Avropa Komissiyasının TEMPUS Layihəsinin həyata keçirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə təmsil etdiyi Universitetin Senatı tərəfindən təsis edilmiş qızıl xatirə medalını təqdim etmişdir.

TEMPUS Layihəsində qarşıya qoyulan məqsədlərin uğurla yerinə yetirilməsinə görə Avropa İttifaqının Akkreditasiya Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetinə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə və Sumqayıt Dövlət Universitetinə 2 bakalavr və 3 magistr ixtisası üzrə Akkreditasiya sertifikatları təqdim edilmişdir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Age ...

İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Age ...

AzTU
AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

AzTU-da TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

Əsas xəbər, AzTU
Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkr ...

Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkr ...

Təhsil, AzTU
Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada olub

AzTU-nun rektoru ECAR layihəsi çərçivəsində Belçikada olub

AzTU
AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU-nun MƏZUNLARI, AzTU
Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

AzTU
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2  layihəsinin qalibi olub

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2 layihəsinin qalibi olub

AzTU
AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

AzTU
AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

AzTU-nun nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

AzTU
AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır

AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır

AzTU
AzTU rəhbərliyi Bolonya bəyannaməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iş ...

AzTU rəhbərliyi Bolonya bəyannaməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iş ...

AzTU
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
Avstraliya Universitetinin nümayəndəsi AzTU-da olmuşdur

Avstraliya Universitetinin nümayəndəsi AzTU-da olmuşdur

Təhsil, AzTU
Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

AzTU
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nu ...

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini AzTU-nu ...

AzTU, Avropa
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

AzTU
ENGAGE layihəsi çərçivəsində Portuqaliya təcrübəsi öyrənilir

ENGAGE layihəsi çərçivəsində Portuqaliya təcrübəsi öyrənilir

AzTU
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
Rəy yazın: