Bakı Mühəndislik Universitetində “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib

Bakı Mühəndislik Universitetində  “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilibBakı Mühəndislik Universitetində  “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilibBakı Mühəndislik Universitetində  “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib Bakı Mühəndislik Universitetində (BMU) “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib.
BMU-dan Rəcəb Rzayev ZiM.Az-a bildirib ki, tədbirdə universitet rəhbərliyi və tələbə-müəllim heyəti ilə yanaşı millət vəkili Fəzail İbrahimli iştirak edib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımla əlaqəli sənədli film izlənilib.

Universitetin rektoru, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb. Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi  daxil olan qanlı faciədə  bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə  və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, mindən artıq kənd  yandırılmış və dağıdılmışdır. Rektor bildirib ki, sovet dövründə bu tarix xalqımızdan gizli saxlanılıb. Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın tarixini bilməli olduğunu qeyd edib və “31 Mart Soyqırımı” günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkəmizdə və xarici ölkələrdə tədbirlər keçirilir və xalqımızın başına gətirilən faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksi açılıb.

Millət Vəkili Fəzail İbrahimli ermənilər tərəfindən xalqımızın başına gətirilən soyqırımların tarixini faktlarla diqqətə çatdırıb. Tarixçi alim qeyd edib ki, bunun kökü I Pyotrun vəsiyyətlərindən başlayır. I Pyotr 1724-cü il noyabr ayının 10-da 3 erməni katolikosunu qəbul edib. Onun "nə istəyirsiz" sualına ermənilər "biz dağınıq xalqıq, bizi Xəzərboyu vilayətlərdə yerləşdirin, biz də sizin siyasətinizi dəstəkləyərik" - deyə cavab veriblər. I Pyotr da göstəriş verib ki, Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb çıxarılması hesabına erməniləri yerləşdirin, çünki onlar bizim siyasətimizə lazım olacaq", deyə tarixçi alim bildirib. Onun sözlərinə görə, I Pyotrun ölümündən sonra Rusiya Xalq Xarici İşlər Kollegiyası bunu qərar formasında qəbul edir və bu, tarixə I Pyotrun vəsiyyətləri adı altında daxil olur.

Tarixçi hesab edir ki, əgər bir əsr ərzində azərbaycanlılara qarşı bu millət tərəfindən 4 dəfə soyqırım törədilibsə, artıq bu ağrı-acıları ifadə etməkdən çox mart soyqırımın səbəbləri, tarixi kökləri araşdırılmalı, bu məsələdən daha çox danışılmalıdır. Mart soyqırımı bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin məhz 1918-ci ildə baş verən əlamətidir. Bu düşmənçilik XX əsrin əvvəllərində 1905-1907-ci illərdə başlayıb, əsrin sonunda - 1992-ci ildə Xocalı soyqırımı ilə davam etdirilib. 
Onun sözlərinə görə, 1918-ci ilin mart ayının son iki günündə təkcə Bakıda 12 min insan qətlə yetirilib. Bu soyqırım Bakı 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən azad olunanadək davam edib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Təhsil, AzTU
AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU
AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım məra ...

AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım məra ...

AzTU
31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

UNUTSAQ, UNUDULARIQ!....
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Əsas xəbər, İctimai elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

BMU
AzTU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqəli  ...

AzTU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə əlaqəli ...

AzTU
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR!..

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR!..

Əsas xəbər, Azərbaycan
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
31 mart - Azərbaycanlıların soyqırımı günüdür

31 mart - Azərbaycanlıların soyqırımı günüdür

Tarix, Köşə yazılar
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

Naxçıvan
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq

Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq

Dünya
Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
Rəy yazın: