Qurban bayramınız mübarək olsun!..

Qurban bayramınız mübarək olsun!..
Qurban bayramı münasibətilə
Azərbaycan xalqına
TƏBRİK

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram
.

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!..

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2016-cı il.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
Novruz bayramınız mübarək olsun!

Novruz bayramınız mübarək olsun!

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU
Azərbaycanın yəhudi icmasına

Azərbaycanın yəhudi icmasına

İsrail, Rəsmi Xəbərlər, Dünya
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Təbriklər
İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Folklor, Təbriklər
AzTU-nun rektorun Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektorun Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU

"Yeni Yurd" Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi

Sosial, QHT
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətil ...

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətil ...

Elm, Humanitar elmlər, "Zirvə"
AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə tə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə tə ...

Əsas xəbər, AzTU
DƏYƏRLİ İZLƏYİCİLƏRİMİZ!.. 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ ...

DƏYƏRLİ İZLƏYİCİLƏRİMİZ!.. 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ ...

Əsas xəbər, Təbriklər
RAMAZAN BAYRAMINIZ MÜBARƏK, ƏZİZ OXUCULARIMIZ!..

RAMAZAN BAYRAMINIZ MÜBARƏK, ƏZİZ OXUCULARIMIZ!..

Əsas xəbər, Sosial, Təbriklər
Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Borçalı
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə ...

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə ...

Elm, Humanitar elmlər, "Zirvə"
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA  MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA MÜƏLLİMƏ!..

Kolleclər, Təbriklər
Rəy yazın: