İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!..

İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!.. Novruzdan əvvəlki
son 4 çərşənbəyə
xüsusilə Azərbaycan
mədəniyyətində ayrı bir
əhəmiyyət verilir.
Novruza yaradılışın
mərhələlərini işarələyən
4 ünsür ilə (su, od, külək
və torpaq)
əlaqədar
ənənələr daxildir.
Ümumiyyətlə,
Çərşənbə günlərində və
xüsusilə bu son dörd
Çərşənbə gecə vaxtı
diqqətli olunması və
təbiətə (təbiət ruhlarına)
hörmətsizlik edilməməsi
lazım olduğuna inanılar.


Torpaq çərşənbəsi

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatununyeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

İl axır və ya torpaq çərşənbəsi

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir.
Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.
Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: