Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası Təhsil Nazirliyində kollegiya iclasıTəhsil Nazirliyində kollegiya iclası Təhsil Nazirliyində kollegiya iclası Təhsil Nazirliyində kollegiya iclası Martın 11-də
Təhsil Nazirliyində
kollegiya iclası
keçirilib.


Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmə və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, “Thomson Reuters” elmi məlumat bazasından səmərəli istifadənin təşkili məsələləri müzakirə edilib.

İclasda kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi ilə orta ixtisas təhsili müəssisələrinin strukturunun rasionallaşdırılması, ali təhsil müəssisələrinin 2014-2015-ci illər üzrə akkreditasiyalarının nəticələri, xarici vətəndaşların Azərbaycanda təhsilinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri tərəfindən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı mövzulara toxunulub.

Sonra nazirliyin aidiyyəti qurumları rəhbərlərinin kollegiya iclasının gündəliyindəki məsələlərlə bağlı məruzələri dinlənilib, təklif və tövsiyələr səsləndirilib.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib, məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Təhsil naziri bu il ali təhsil müəssisələrində payız imtahan sessiyasının şəffaf keçdiyini və cəmiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb.

Ali təhsil müəssisələrində işgüzar mühitin, tədris etikasının, tələbə-müəllim münasibətlərinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən nazir bütün bunların təhsilin inkişafı baxımından vacib olduğunu qeyd edib.

Daha sonra Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovu yeni təyinat münasibətilə kollegiya üzvləri adından təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Sonda nazir qarşıdan gələn Novruz bayramı münasibətilə kollegiya üzvlərini və iclas iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Nazirlik
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Əsas xəbər, Nazirlik
Nazir rektorlara tapşırıqlar verib

Nazir rektorlara tapşırıqlar verib

Nazirlik
Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Əsas xəbər, Təhsil, "Elm və Təhsil", Hüquq
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diaspora
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

Nazirlik
“Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Elektron Təhsil” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Nazirlik
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Nazirlik, AzTU
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Nazirlik, Digər ali məktəblər
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Nazirlik, AzTU
“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

Əsas xəbər, Nazirlik, MEDİA, "Zirvə"
Rəy yazın: