Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin xətti ilə Tiflisdəki "Universal" nəşriyyatında tədqiqatçı-jurnalist Müşfiq Çobanlının Azərbaycan-gürcü ədəbi əlaqələrinə həsr olunan "Bu dostluğun yaşı çox..." adlı kitabından sonra daha 3 kitabı - "Sazlı-sözlü Başkeçid" (I, II və III cildlərdən ibarət), "Mədəd Çoşğunun poeziya yaradıcılığında özünəməxsusluq""Butalar Butası Səadət Buta" adlı kitabları nəfis şəkildə işıq üzü görüb.
Kitablarda Müşfiq Çobanlının son bir neçə ildə apardığı poeziya və aşıq yaradıcılığı sahəsində elmi axtarışların nəticəsi olan və ədəbi əlaqələrimizin inkişafından bəhs edən məqalələri dərc edilib.

Nəşrlər Azərbaycan-Gürcüstan ədəbi əlaqələri, Gürcüstanda yaranan Azərbaycan ədəbiyyatı və şifahi xalq yaradıcılığı ilə məşğul olan alimlər, filologiya fakültəsində təhsil alan tələbələr və aspirantlar üçün nəzərdə tutulub.

Kitabların elmi redaktorları və rəyçiləri filologiya elmləri doktorları, professorlar Abbas Hacıyev, Vaqif Arzumanlı, Bədirxan Əhmədov, Şurəddin Məmmədli, Azərbaycan İqtisad Universitetinin fəxri professoru Aysəba Əlizadə və digər Azərbaycan alimləridir.

Müəllifin məlumatına görə, "Sazlı-sözlü Başkeçid" kitabı beş cilddən ibarət olacaq: "Kitabın 3 cildi artıq hazırdır. Başkeçidin (indiki Dmanisi rayonunun) tarixi, dünəni və bu gunu, yer-yurd adları - toponimləri, Başkeçidin məşhur azərbaycanlı alimləri, muəllimleri, həkimlərli, hərbçiləri, polisləri, ədliyyə və hüquq-mühafizə işçiləri, dövlət qulluqçuları və iş adamları, din, mədəniyyət və incəsənət xadimləri, idmançıları, saz-söz adamları və s. haqqında bilgilərdən ibarət olan bu kitab bir növ Başkeçid haqqında ensiklopediyadir."

Qeyd edək ki,
yaxın günlərdə həmin nəşriyyatda Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin xətti ilə Müşfiq Çobanlının "M. P. Vaqif və Gürcüstan" adlı daha bir kitabı da işıq üzü görəcək.


QafqaMedia.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: