TƏLƏBƏ HƏYATI GÖZƏLDİR

TƏLƏBƏ HƏYATI GÖZƏLDİR “Gənclik bir qızıldır ömrün əlində,
Düşərək torpağa yox oldu birdən.
Tapmaq həvəsi ilə həmin qızılı,
Torpağı yuyuram göz yaşımla mən”

(Xaqani).


Ümummilli lider Heydər Əliyevin Ölkəyə rəhbərlik etdiyi dövrdə gənclərə Dövlət səviyyəsində həmişə yüksək səviyyədə diqqət və qayğı göstərilirdi. Sevindirici haldır ki, bu diqqət və qayğı bu gün də Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, Ölkə gəncləri peşəsindən aslı olmayaraq, qüdrətli Azərbaycan naminə yorulmadan çalışırlar və yüksək ixtisaslı mütəxəssis kimi yetişmək üçün müxtəlif ali məktəblərdə yaxşı və əla qiymətlərlə təhsil alırlar.


Belə gənclərdən biri də Samirə Murad qızı Quliyevadır.

Samirə xanım 2004-cü il iyul ayının 19-da Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub.
2010-cu ildə Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş, 2015-ci ildən Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin lisey sinfində təhsilini davam etdirmişdir. Məktəbdə təhsil aldığı illərdə ictimai işlərdə, keçirilən tədbirlərdə, yarışlarda, intellektual oyunlarda fəal iştirak etmiş və müxtəlif diplom və fəxri fərmanlara layiq görülmüş, orta məktəbi fərqlənmə attestatı və “Gümüş” medalla bitirmişdir. Samirə xanım 2020-2021-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə “Qızıl” medala layiq görülmüşdür.
Dediyinə görə müsabiqədən kənar ali məktəblərə qəbul olmaq şansı olsa da, ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarda iştirak etmiş və 626 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olmuşdur. Hazırda 1-ci kursda təhsil alır.

Samirə Quliyeva təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə ilk növbədə valideynlərinə, daha sonra məktəbin direktoru Rəfiqə Rzayevaya, sinif rəhbəri Aygün Mirzəyevaya və ona dərs deyən bütün müəllimlərə, xüsusi ilə Şəmsiyyə Əsgərovaya minnətdarlığını bildirir. Hazırda mənalı və gözəl tələbə həyatı yaşayan Samirə Quliyevanın timsalında Azərbaycanın bütün gənclərinə uğurlar arzu edirik.

Xəyalə Fərəcqızı,
ZiM.Az-ın xüsusi müxbiri

ZiM.Az


.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: