ŞƏHİDLİK ZİRVƏSİ - Əhməd Əhmədli

ŞƏHİDLİK ZİRVƏSİ -  Əhməd Əhmədli “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik.
Bu, bizim millətimizin ixftixarıdır”.

Heydər Əliyev.

Əhmədli Əhməd Anar oğlu 2001-ci ilin 20 yanvarında Sabirabad rayonunun Poladtuğay kəndində anadan olmuşdur. Təhsilinin bir qismini Salyan rayonu Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbində,bir qismini isə Sabirabad rayonunu Poladtuğay kəndində Mahir İsmayılov adına tam orta məktəbində almış və 2019-cu ilin 6 yanvarında hərbi xidmətə yollanmışdır.
Əhməd haqqında çox söz deyə bilərəm tərbiyəsindən, mərdliyindən, Vətənə olan sevgisindən.
Əhməd mərd və cəsarətli gənclərdən biri idi. Vətəninə olan sevgisinə isə söz ola bilməzdi.

Deyilənə görə, bir dəfə bir müəllim inşa yazdırırmış. İnşada kim gələcəkdə hansı peşənin sahibi olmaq istədiyini yazırmış.Çox uşaq həkim və ya müəllim yazıb,amma Əhməd tam fərqli "gələcəkdə pilot olmaq istədiyini" yazıb. Bunun səbəbini soruşanda isə cavabında:
-Mən pilot olmaq istəyirəm,istəyirəm ki düşmənlərimizi göydən vurub öldürüm-deyib.
Əslində arzusuna çatdı, torpaqlarımızın azad edilməsində iştirak etdi,lakin bu sevincini sonda bizimlə bölüşə bilmədi.Müharibədə gördüklərini,şahid olduqlarını,bizə demək istədiklərini fəxr hissi ilə bizə danışa bilmədi, Şəhid oldu... Amma o bizim həmişəlik fəxrimiz oldu.
Hərbi xidmətə yollanmağına az qalmış bizə gəlmişdi.Çox sevinirdi.Anamla söhbətlərini eşitdim. Anam zarafata belə bir sual verdi ki:
-Qorxursanmı?
O isə:
-Yox qorxmuram, amma anamdan nigaran qalacağam, - dedi.
Ürəyimdə-bu nigarançılıq müvəqqətidir dedim. Amma müvəqqəti deyilmiş.
Yanvarın 6-da onu torpağa tapşırdıq. Bu gün mən xalam oğlu ilə fəxr edirəm.

Əhmədin Şəhidlik xəbəri gələndə bütün hisslərimi ifadə edən bir şeir yazdım.
Şeiri yazanda həm kövrəldim, həm də qürurlandım. Şeirimi böyük məmnuniyyətlə sizə təqdim edirəm.

Əhməd

Bu elə bir hissdir, elə dərdlidir,
Dərdli olsada çox qürurludur,
Mən dərdimi sizə deyə bilmirəm
Dərdimi görən yalnız Allahdır!
Hər gün Əhmədi gözləyirəm mən,
Hər qapı çalınanda ümidlənirəm
Mən bunu qəbul edə bilmirəm,
Necə Şəhid ola bilər axı Əhmədim,
Hələ gənc idi,Əsgər idi O,
Gələcəkdi toy,bayram edəcəkdik,
Toy,bayram etməyə macal tapmadıq,
Çünki fərqli gəldi bu səfər Əhməd,
Əhmədin Şəhidlik xəbəri gəldi,
Bir metr bayrağa bükülüb gəldi,
Hər istəyənə qismət olmayan,
"Şəhidlik Zirvəsi"nə yüksəlib gəldi!

Rəksanə Ramil qızı Məhərrəmova

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

Borçalı, Siyasət
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Qənirə PAŞAYEVA: Qardaş Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdük

Əsas xəbər, Siyasət
ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA  ...

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
YARIMÇIQ QALMIŞ ÖMÜR

YARIMÇIQ QALMIŞ ÖMÜR

Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: