Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Universitetində elmi təqdimatla çıxış etmişdir

Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Universitetində elmi təqdimatla çıxış etmişdir Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Universitetində elmi təqdimatla çıxış etmişdir Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Universitetində elmi təqdimatla çıxış etmişdir 23-27 avqust 2018-ci il tarixlərində Macarıstanın Debresen universitetində Macarıstan Gənc Alimlər Assosasiyası və Debresen Universitetinin təşkilati dəstəyi ilə Gənc tədqiqatçıların yay məktəbi çərçivəsində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında” adlı layihə çərçivəsində gənc alimlər, doktorantlar, magistrlər üçün təqdimat və kitab sərgisi təşkil etmişdir.

Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilmiş, gənc tədqiqatçılar üçün Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilmişdir.

Macarıstan Gənc Alimlər Assosasiyasının təşkilati dəstəyi ilə təşkil olunmuş elmi təqdimat və kitab sərgisndə 200 nəfər gənc alim, doktorant və magistr iştirak etmişdir.

Tədbirdə Macarıstanın Macarıstan Gənc alimlər assosasiyasının prezidenti, EURODOC-un İdarə Heyətinin üzvü Peter Szabo, eyni zamanda Debresen Universitetinin rektoru Zoltan Szilvassy və Universitetin digər rəsmi nümayəndələri də iştirak etmişlər.

Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli çıxışında qeyd etmişdir ki, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.

Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin, işğal altında olan ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.

İştirakçılara Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış halı şəkillər vasitəsilə iştirakçılara göstərilmişdir.

Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunmuşdur.
Avropali gənc alim və tədqiqatçılara müraciət olunmuşdur ki, münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dagıdılmasına biganə qalmasinlar və buna qarşı mübarizə aparsınlar.

Universitetdə təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunmuşdur.
Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunmuş, eyni zamanda iştirakçılar arasında paylanmışdır.

Kitab sərgisində əsasən AMEA Tarix İnstitutunun ingilis dilində olan nəşrləri və AMEA Arxeologiya və Etnoqrafiya institutunun elmi nəşrləri sərgilənib.
Kitablar avropalı gənc alimlərin böyük marağına səbəb olmuşdur.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

"Zirvə"
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabı ...

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabı ...

Yeni nəşrlər, Qarabağ, QHT
HİŞKƏDƏRƏ ABİDƏLƏRİ

HİŞKƏDƏRƏ ABİDƏLƏRİ

Regionlar, Tarix
AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU, QHT
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində semina ...

UTECA-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində semina ...

Gəncə
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Az ...

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Az ...

Ədəbi əlaqələr, Tarix, Avropa, Diaspora
MİŞARÇAY ABİDƏLƏRİ

MİŞARÇAY ABİDƏLƏRİ

Regionlar, Tarix
Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və  ...

Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və ...

Folklor, Bolus
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AzTU-da “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib

AzTU-da “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə verilib

Əsas xəbər, AzTU
AzTU-da “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş olunub

AzTU-da “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş olunub

AzTU

"Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq" - Azərbaycan - İraq məd ...

Dünya, Turan
Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

İctimai elmlər
TELMAN KURQANLARI

TELMAN KURQANLARI

Regionlar, Tarix
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis
ƏLİKÖMƏKTƏPƏ  ABİDƏSİ

ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİ

Regionlar, Tarix
Rəy yazın: