Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilibAkademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib Görkəmli tarixçi-etnoqraf alim, Əməkdar elm xadimi, “Şöhrət”"Şərəf" ordenləri laureatı, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə millət vəkilləri, elmi ictimaiyyət, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Azərbaycan nümayəndəliyi, Qazax Rayon İcra Hakimiyyətinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

ZiM.Az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illərdə Azərbaycan arxeoloqlarının və etnoqraflarının dünya elminə verdiyi töhfələrdən, ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Teymur Bünyadovun nümayəndəsi olduğu alimlər nəsli Azərbaycanın müstəqillik ideyasının formalaşmasında və qorunmasında müstəsna rol oynayıb.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında akademik T.Bünyadovun həyat və yaradıcılığından, milli kadrların yetişdirilməsindəki əvəzsiz rolundan söz açıb.

Sessiyada millət vəkilləri - Fəttah Heydərov, akademik Ziyad Səmədzadə, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, professorlar - Qəzənfər Paşayev, Şirindil Alışanov, şair Nəriman Həsənzadə və digərləri çıxış edərək yubilyarı təbrik edib, xatirələrini bölüşüblər.

Sonda akademik Teymur Bünyadov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Sessiya öz işini bölmə iclasları ilə davam etdirib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

"Zirvə"
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT  və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

Digər bölmələr
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Rəy yazın: