AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilibDekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, YAP ərazi partiya təşkilatlarının nümayəndələri, həmçinin elmi müəssisə və təşkilatların baş direktorları iştirak ediblər.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

Elmi konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda giriş nitqi ilə çıxış edib. Akademik qeyd edib ki, adı və xidmətləri Azərbaycanın yarım əsrlik tarixi ilə üzvi surətdə bağlı olan Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu daim dövlətini, xalqını düşünüb, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atıb.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ümummilli Lider hələ 1967-ci ildə kommunist ideologiyasının sərt dövrlərində, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışarkən milli təfəkkürlü, Azərbaycançılıq ideologiyasına sahib kadrları qoruyub saxlayıb və xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlayıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi ilə Azərbaycan xalqının zəngin dövlətçilik və idarəetmə qabiliyyətinə malik olduğunu bütün dünyaya göstərmiş oldu.

Ümummilli Liderin Azərbaycan SSR-ə rəhbərlik edərkən onu İttifaq Respublikalarının ən son sıralarından SSRİ-nin inkişaf etmiş respublikası səviyyəsinə qaldırdığını deyən akademik İsa Həbibbəyli görkəmli dövlət xadiminin müstəqil Azərbaycanı isə parçalanmaq təhlükəsindən xilas etdiyini, ölkəmizin müstəqilliyini möhkəmləndirdiyini və respublikada siyasi sabitliyi təmin etdiyini bildirib. Vurğulayıb ki, zəngin idarəetmə təcrübəsinə sahib olan Ulu Öndər qısa müddətdə müstəqil Azərbaycanın inkişafı naminə əməli addımlar atıb, tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalanıb, hərbi, iqtisadi, siyasi, elmi, ədəbi, mədəni sahələrdə bir çox layihələr həyata keçirilib.

AMEA rəhbəri qeyd edib ki, Ümummilli Liderin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, Dövlət proqramları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib. Bildirib ki, məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın nüfuzlu və inkişaf etmiş dövlətlərindən birinə çevrilib, beynəlxalq təşkilatlarda dövlətimizin və onun Liderinin sözünə önəm verilir, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və Azərbaycanın iştirakı və icazəsi olmadan regionda heç bir layihə həyata keçirilmir.

Diqqətə çatdırıb ki, ölkəmizdə İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf layihələrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir və öz zəngin təcrübəsi ilə bu inkişafa öz əməli töhfələrini verir.

Elmi konfransda, o cümlədən AMEA-nın müşavirləri, akademiklər Yaqub Mahmudov “Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası və müasir dövr”, Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili”, Adil Qəribov “Heydər Əliyev və Azərbaycan elmi”Qərib Məmmədov “Heydər Əliyev və Azərbaycanda aqrar islahatlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Ümummilli Liderin Azərbaycançılıq ideologiyasının birləşdirici gücündən, dahi liderin Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin, eləcə də milli kadrların yetişdirilməsi və qorunması sahəsindəki xidmətlərindən, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, zənginləşməsi və qorunması istiqamətindəki Fərman və sərəncamlarından, Azərbaycan elminə və ziyalısına göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizdə aqrar sahənin inkişafında həyata keçirdiyi addımlardan danışıblar.

Həmçinin tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Konfransa yekun vuran akademik İsa Həbibbəyli Ümummilli Liderlə keçirdiyi görüşlərdən danışıb, bu gün cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyalarını, Azərbaycanın dövlətçilik ənənələrini yaşatdığını, zənginləşdirdiyini bildirib və qeyd edib ki, ölkəmizdə siyasi varisliyin təmin olunması Azərbaycanın gələcəyinin əmin əllərdə olmasının göstəricisidir və xalqımız, alimlərimiz dövlət başçısının həyata keçirdiyi bütün layihələri dəstəkləyir, bu işdə canla-başla iştirak edirlər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

İqtisadiyyat
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

Humanitar elmlər, Digər bölmələr
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

İctimai elmlər
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
Rəy yazın: