Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib

Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilibƏdəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilibAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları ilə ədəbiyyat dərsliklərinin yenidən hazırlanmasına dair müazkirə keçirilib. Müzakirədə ARTİ-nin Təhsil Resursları mərkəzinin direktor müavini Əsgər Quliyev və Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov iştirak ediblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Əlizadə Əsgərli və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı da fikir mübadiləsinə qatılıblar.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli
bu müzakirənin çox vacib olduğunu vurğulayıb. Bildirib ki, müzakirədə iştirak edən institut əməkdaşları da təhsillə birbaşa əlaqəsi olan alimlərdir.
Akademik İsa Həbibbəyli əlavə edib ki, “dərsliklər hazırlanarkən, fənn tədris olunarkən qarşıya məqsəd qoyulur. Dərsliklər hazırlanarkən dünyagörüşü və bilik verməsi əsas götürülür. Fikrimcə, dərs elə bilik verməlidir ki, onun əsasında dünyagörüşü formalaşsın. Ədəbiyyat fənninin bir böyük vəzifəsi də dövlətin strateji hədəflərini, milliliyi, vətənpərvərliyi, azərbaycançılığı aşılamasıdır. Bilik, ümumi dünyagörüşü, konkret ölkə maraqları nəzərə alınmalıdır. Dərsliklər sadə elmi dildə olsa, yaxşı olar. Beləliklə, dərslikdə bilik, dünyagörüşü, vətənpərvərlik və sadə elmi üslub ümumiləşməlidir.
Biz beşinci sinifdə oxuyan şagirdi yuxarı sinifdəki hədəfə dorğru konkret sistemlə gətirməliyik. Ənənə üzrə ədəbiyyat tarixi üç dövrə bölünür. Artıq yeni dövrləşdirmə konsepsiyası ilə aparılmalıdır. Hər bir xalqın ədəbiyyatının keçdiyi spesifik yol nəzərə alınmalıdır. İndiyə qədər ictimai elmlərin dövrləşməsinə marksist yanaşma əsas olub. Müstəqillik dövründə yaranan ədəbiyyat çoxmetodludur. Mübahisəli məsələlərin dərsliyə gətirilməsi lazım deyil.
Fikrimcə, on birinci sinfi bitirən şagird əgər filologiya fakultəsinə getmirsə, o, öz xalqının keçdiyi ədəbiyyat yolu əsasında bir şəxsiyyət kimi formalaşmalıdır. Filologiya fakultəsinə gedən üçün isə dünyagörüşü ilə yanaşı, sistemli bilik də lazımdır”.

Görüşdə ARTİ-nin mütəxəsisləri Əsgər Quliyevin və Mənsur Məhərrəmovun müzakirənin mövzusu ilə bağlı müxtəlif sualları cavablandırılıb.
Müzakirələrin davam edəcəyi bildirilib.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Təcrübəçilər elmi jurnallarla tanış olublar

Təcrübəçilər elmi jurnallarla tanış olublar

Humanitar elmlər
Rəy yazın: