Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilibƏdəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqlara gəldikləri üçün minnətdarlığını ifadə edib. Qeyd edib ki, “Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. Bizim ədəbiyyat tarixçiliyi üçün orta əsrlərdə əsas mənbə təzkirələrdir. Tarix elmi üçün isə ən böyük mənbə salnamələrdir. Qulam Məmmədlinin xidməti ondan ibarətdir ki, o, əsrlər boyu mövcud olmuş tarixi salnamələrin əvəzinə ədəbi salnamələr yaratmışdır. Azərbaycanda ədəbi salnamə janrının banisidir. O ilk dəfə “Molla Nəsrəddin” salnaməçisi kimi tanınıb. Sonralar Hüseyn Cavid, Nəriman Nərimanov və başqaları haqqında sanballı salnamələr hazırlayıb elmi dövriyyəyə təhvil verdi. Salnamə yaratmaq üçün illərlə tədqiqat apararaq “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu, “Xiyabani”, “Cənubi Azərbaycan şairləri antalogiyası”, Qılman İlkinlə birgə tərtib etdiyi “Qızıl səhifələr” sənədlər toplusu, “Atmacalar”, “Əliağa Vahid. Seçilmiş əsərləri”, “Qapı oğrusu”, “Məmmədəli Manafzadə Sabit”, “İbrət güzgüsü. Şeirlər, hekayələr və məqalələr” və başqa nəşrləri ortaya qoymuşdur. Bu böyük alim “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adı, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı laureatı, “Əmək veteranı” medalı ilə təltif olunub.
Cəlil Məmmədquluzadənin 140 illik yubileyində Naxçıvan Dövlət Universitetinin rektoru kimi dövlət proqramı əsasında Naxçıvanda Mirzə Cəlillə bağlı üç əsəri çap etdirdik ki, onun biri də Qulam Məmmədlinin salnaməsi idi. Bu gün də biz onun xatirəsinə ehtiramla yanaşır, əsərlərini dövriyyəyə gətirmək istəyirik”.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, sonra Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Qulam Məmmədlinin həyat və yaradıcılığı” adlı əhatəli məruzə edib. Məruzəsində Qulam Məmmədlinin (1897-1994) tərtib etdiyi “Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi” - iki hissəli, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə” və digər salnamələrin adlarını çəkib. Bildirib ki, “Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun öhdələyə biləcəyi işləri görmüşdü. O, Mirzə Cəlili, Ə.Haqverdiyevi, N.B.Vəzirovu, Ruhulla Axundovu, Salman Mümtazı, Üzeyr Hacıbəyovu, Cəfər Cabbarlını görmüş, onların bir çoxu ilə şəxsən dost olmuşdu”.

Elmi sessiyada tarix elmləri doktoru Solmaz Tohidi, BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu “Qulam Məmmədli mətbuat tarixinin araşdırmaçısı kimi”, “Ədəbiyyat qəzeti”nin məsul katibi, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu “Qulam Məmmədli fenomeni”, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva “Qulam Məmmədli və “Molla Nəsrəddin” jurnalı” adlı məruzələrini səsləndiriblər.

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Qulam Məmmədlinin şəxsi arxivi və əlyazmaları haqqında” mövzusunda məruzəsində vurğulayıb ki, “zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Q.Məmmədlinin şəxsi arxiv materiallarının 38 saxlama vahidindən ibarət bir hissəsi 1975-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun saxlancında fond- 31-də qorunur. Onun şəxsi arxivi ilə bağlı iki kitab işıq üzü görmüşdür. Afaq Əliyeva və Pərvanə Teyyubovanın Qulam Məmmədli arxivinin təsviri kitabı çap olunmuşdur.

Bu materiallar içərisində ilk baxımdan diqqəti cəlb edən iki tərcümeyi-hal vardır. Onlardan biri 1972-ci ildə rus dilində 3 səhifəlik qara makina çapı, “Qısa tərcümeyi-halım” digəri isə 1979-cu ildə Azərbaycan dilində kiril əlifbası ilə yazılmış avtoqrafıdır. Bu tərcümeyi-hallar Q.Məmmədlinin 1980-ci ilə kimi həyat və fəaliyyətinin özü tərəfindən işıqlandırılması baxımından dəyərlidir...

Bu gün AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində Q.Məmmədliyə məxsus müxtəlif əlyazmalar vardır ki, bunlardan şəxsi fondu mətbu və qeyri-mətbu materialları, ən başlıcası isə, əlyazma şəklində olan “Təzkirə”si mövcuddur. Aybəniz Rəhimova bu “Təzkirə”ni çap etdirmişdir”.

Tədbirdə “Salnaməçi” (Qulam Məmmədli) sənədli televiziya filminin nümayişi də olub.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Yeni nəşrlər, Humanitar elmlər
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: