Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib AMEA N.Gəncəvi adına
Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin
Aran regional filialı
Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas alim,
ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının
100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.


AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova
ZiM.Az
-a bildirib ki, tədbirdə muzeyin Aran regional filialının müdiri, filologiya üzrə
fəlsəfə doktoru Yaqut Bahadurqızı
İsmayıl Şıxlının zəngin irsindən, obrazlar qalereyasından,
əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, görkəmli alim öz yaradıcılığı ilə
Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni səhifə yazmış söz ustadlarından biridir.

Sonra Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək
İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini,
onun yaratdığı əsərlərdə dərin fəlsəfi mənanın olduğunu vurğulayıb.

Tədbirdə şairə Yadigar Təvəkkül,Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
İradə Mahmudova
çıxış edərək yazıçının zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndirib,
onun fəaliyyətinin bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın
bariz nümunəsi olduğunu söyləyiblər.

Daha sonra Kürdəmir rayon Mərkəzi Kitabxanasının əməkdaşları Məhinə ŞirəliyevaMəryəm Əliyeva yazıçının sevilən əsərlərindən seçmələr səsləndiriblər.

Sonda İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmdən fraqmentlər nümayiş etdirilib.

Aygül ÇOBANOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Regionlar, Humanitar elmlər
Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Mədəniyyət
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Rəy yazın: