AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunubAMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunubAMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub Bu gün AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi,
Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.


Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik
Teymur Kərimli
alimin tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da peşəkar dilçi kimi tanındığını bildirib. Qeyd edib ki, Q.Kazımov həmişə filoloji elmin ən mühüm, aktual problemlərinə diqqət yetirib və onun tədqiqat üslubu bədii-estetik xüsusiyyətlərinə görə fərqlənir.

Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi alim” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında alimin Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində məhsuldar fəaliyyət göstərdiyini və çoxsaylı araşdırmaları ilə bütövlükdə filologiya elminə dəyərli töhfələr verdiyini bildirib. M.Nağısoylu alimin “Azərbaycan dilindən təcrübi məşğələlər”, “Yazıçı və dil”, “Komik-bədii vasitələr”, “Bədii ədəbiyyatda komizm üsulları”, “Qurbani və poetikası”, “Sənət düşüncələri”, “Dilimiz-tariximiz”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)” kimi kitabların, o cümlədən ali və orta məktəblər üçün “Azərbaycan dili” dərsliklərinin müəllifi olduğunu diqqətə çatdırıb.

Konfransda
AMEA-nın müxbir üzvü
Nizami Cəfərov, Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, institutun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova və digərləri
çıxış edərək professorun Azərbaycan dilçilik elminin inkişafındaki xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Q.Kazımov xalqımızın etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitabları ərsəyə gətirib.

Sonda professor
Qəzənfər Kazımov
tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


Biz də, ZiM.Az-ın bütün yaradıcı heyəti adından görkəmli dilçi-alim,
çox hörmətli professor Qəzənfər Kazımovu
anadan olmasının 80 illik
Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı
və elmi yaradıcılığında
yeni-yeni uğurlar
arzulayırıq!..
.


Müşfiq BORÇALI,
Zim.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"

"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfra ...

Humanitar elmlər, "Zirvə"
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Humanitar elmlər
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

İctimai elmlər, Təbriklər
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: