"TÜRKOLOGİYA" JURNALININ HESABATI

"TÜRKOLOGİYA" JURNALININ HESABATI AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
"Türkologiya" jurnalının
hesabatı keçirilib.


Tədbirdə “Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla, baş redaktorun müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov iştirak edib.

Dilçilik İnstitutundan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə Şükürlü ZiM.Az-a bildirib ki, iclası giriş sözü ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açıb, iclasın gündəliyinin “Türkologiya” jurnalının illik hesabatına həsr olunduğunu diqqətə çatdırıb.

M.Nağısoylu çıxışında Türkologiya jurnalının tarixindən söz açıb. Bildirib ki, “Akademik M.Ş.Şirəliyevin təşəbbüsü və Moskva, Leninqrad şəhərlərindən olan rus türkoloqların dəstəyi ilə 1966-cı ildə Bakıda
I Ümumittifaq Türkoloji Qurultayının 40 illiyinə həsr olunmuş tədbir keçirilib. 1970-ci ildə “Sovetskaya türkologiya” jurnalı fəaliyyətə başlayıb. Jurnal təsis olunandan 1987-ci ilin iyuluna kimi onun baş redaktoru görkəmli türkoloq, akad. M.Şirəliyev olub. 1987–1993-cü illər arasında jurnalın baş redaktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA-nın Dilçilik İnstitutu türk dilləri bölməsinin müdiri Əthəm Tenişev olub.

1992-ci ildən “Sovetskaya türkologiya” jurnalı artıq “Türkologiya” adı ilə fəaliyyətini davam etdirir. 1993-cü ildən 2014-cü ilin noyabr ayınadək jurnalın baş redaktoru akademik Ağamusa Axundov, 2014-cü ilin dekabr ayından 2016-cı ilin fevral ayına qədər isə akademik Tofiq Hacıyev olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il, 4/14 nömrəli qərarı ilə
akademik Kamal Abdullayev “Türkologiya” jurnalının baş redaktoru təyin olunub.

“Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla çıxışında jurnalının hazırkı fəaliyyət istiqamətlərini diqqqətə çatdırıb.

Bildirib ki, “AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Türkologiya" jurnalı təkcə dilçilik məsələlərini deyil, ədəbiyyat, tarix, fəlsəfə, folklor, mifologiya üzrə türkoloji araşdırmaları da işıqlandırılır. Bu qərardan sonra “Türkologiya” jurnalının redaksiya heyətinin yeni üzvləri təsdiq olunub”.

K.Abdulla jurnalın redaksiya heyətinə tanınmış dilçi alimlərin cəlb edilməsi, beynəlxalq məsləhətçilər şurasında Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Polşa və başqa ölkələrin alimlərin təmsil olunması məsələlərindən də söhbət açıb.

Akademik həmçinin Türkologiya jurnalının xaricdə də böyük nüfuza malik olduğunu vurğulayıb. K.Abdulla Türkologiya jurnalında Qazaxıstan, Almaniya, Özbəkistan, Polşa, Özbəkistandan daxil olan məqalələrin işıq üzü gördüyünü də nəzərə çatdırıb.

Akademik Türkologiya jurnalın nəzdində seminarların təşkili və yaxın zamanlarda jurnalın əlavələrinin çap olunması məsələləri barədə də məlumat verib.

K.Abdulla onu da qeyd edib ki, “Biz öz qarşımıza abunə məsələsini də qoymuşuq. Jurnalın 38 abunəsi mövcuddur.Jurnal həm ölkədaxilində elm və təhsil müəssisələrinə,kitabxanlara, həm də xaricə hədiyyə kimi də göndərilir”.

Kamal Abdulla çıxışının sonunda bildirib ki, bu iclas Dilçilik İnstitutuna olan xüsusi bir münasibətin təzahürü kimi qiymətləndirilsin.

“Türkologiya” jurnalının baş redaktor müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov jurnalın fəaliyyətini yüksək qiymətləndirib.M.İmanov öncə jurnaldakı dəyişikliklərdən söz açıb. Həmçinin M.İmanov çıxışında “Türkologiya” mərkəzinin yaradılmasını uğurlu tapıntı kimi dəyərləndirib.

Türkologiya jurnalının məsul katibi Elçin İbrahimov isə jurnalın beynəlxalq əlaqələrindən bəhs edib. Bildirib ki, Türkiyəyə ezamiyyət zamanı ilk olaraq Türk Dil Qurum rəhbərliyi ilə görüşlər təşkil edilib. E.İbrahimov onu da nəzərə çatırıb ki, Türkiyənin Qazi və Hacettepe Universitetlərində “Türkologiya” jurnalının fevral ayında seminarları keçirilib.

Həmçinin Elçin İbrahimov qeyd edib ki, “Bu ezamiyyətdə əsas məqsəd jurnalın Türkiyə Cümhuriyyətindən olan beynəlxalq məsləhətçiləri ilə görüşmək, bu sahədə Türkiyədə nəşr olunan jurnallarla gələcək əməkdaşlıqları davam etdirməkdən ibarətdir”.

Sonda “Türkologiya” jurnalının hesabatı Dilçilik İnstitutunun Elmi Şurası tərəfindən qəbul olunub.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

Elm, Humanitar elmlər
“Türkologiya” jurnalı beynəlxalq indeksdə

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Yeni nəşrlər, Humanitar elmlər, Digər bölmələr
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr

"Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu

Humanitar elmlər, Turan
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ  ...

AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ...

Elm
“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

Biologiya və tibb elmləri
AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

Azərbaycan, Təbriklər
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Yeni nəşrlər
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Elm, Humanitar elmlər, "Zirvə"
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
Rəy yazın: