AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilibAMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib 2019-cu il noyabrın 28-də AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, texnika elmləri doktoru Elton Məmmədov kollektivə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov YT Parkın yeni direktorunun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə elmi nailiyyətlərin kommersiyalaşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib.

Qeyd edib ki, Elton Məmmədov 57 elmi əsər, 3 monoqrafiya, 2 ixtira, eləcə də ali məktəblər üçün 3 dərsliyin müəllifidir.

Yüksək Texnologiyalar Parkının səmərəli fəaliyyəti üçün onun normativ-hüquqi bazasına yenidən baxılmasının, texnoparkın istehsal müəssisəsi olmaqla yanaşı, innovativ layihələri həyata keçirən bir qurum kimi fəaliyyət göstərməsinin zəruriliyini qeyd edən Əminağa Sadıqov Elton Məmmədovun ictimai nüfuzu, geniş təcrübəsi sayəsində texnoparkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına və bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Sonra Elton Məmmədov çıxış edərək ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirib, bu inamı doğrultmaq üçün əlindən gələni edəcəyini qeyd edib.

Ölkədə iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, yüksək texnologiyaların neft və qeyri-neft sektorunda tətbiqinin həyata keçirilməsi ilə bağlı aparılan siyasətin Azərbaycan xalqının sosial rifahının artırılmasına xidmət etdiyini deyən E.Məmmədov YT Parkın hüquqi bazasının tam formalaşdırılması, yüksək investisiyaların respublikaya gətirilməsi və onların tətbiqi istiqamətində bütün zəruri tədbirlərin görüləcəyini bildirib. Texnologiyalar parkında rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu söyləyən E.Məmmədov bu fəaliyyətin yüksək səviyyədə təşkilinin Azərbaycan iqtisadiyyatının davamlı inkişafı baxımından son dərəcə önəmli olduğunu vurğulayıb.

Sonda YT Parkının rezidenti olan AMEA Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov çıxış edərək yeni təyinat münasibətilə E.Məmmədovu YT Parkın kollektivi adından təbrik edib, ona vəzifəsində uğurlar arzulayıb. Bildirib ki, YT Parkın kollektivi onun rəhbərliyi ilə daha əzmlə çalışacaq, qarşıda duran vəzifələrin icrası üçün bütün səylərini birləşdirəcəkdir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası t ...

AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası t ...

AzTU
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
ALİMLƏRİMİZDƏN ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK

ALİMLƏRİMİZDƏN ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK

Qarabağ, Digər bölmələr
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Elm
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Elm, "Zirvə", Dünya, Təbriklər
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

Elm
AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

Elm
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Rəy yazın: