AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayevin 50 yaşı tamam olur

AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayevin 50 yaşı tamam olur TƏBRİK EDİRİK!..

Martın 6-da Əməkdar mühəndis,
AMEA-nın İşlər İdarəsinin rəisi,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Fətəli Abdullayevin 50 yaşı tamam olur.


Fətəli Abdullayev - 1966-cı il martın 6-da Qubadlı rayonunda anadan olub.
1972-1983-cü illərdə Qubadlı rayonu Dondarlı kənd orta məktəbində təhsil alıb,
1986-1990-cı illərdə isə Rusiya Federasiyasının Voronej şəhərində İnşaat Mühəndisləri İnstitutunda ali təhsilə yiyələnib.

F.Abdullayev 1992-1996-cı illərdə Azərbaycan Respublikası “Şelflayihətikinti” İB-nin 4 saylı TQİ-də master, sahə rəisi, rəis müavini vəzifələrində, 1996-1998-ci illərdə 12 saylı trestin müdiri vəzifəsində çalışıb.

2011-2013-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Münasibətlər” kafedrasında müəllim işləyib.

F.Abdullayev 2012-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi,
2015-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə dosent elmi adını alıb.

Alim bir çox elmi məqalə və kitabların müəllifidir.

2015-ci ildə Azərbaycan Respublikası Prezidendinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

2013-cü ildən AMEA-nın İşlər İdarəsinin rəisi vəzifəsində çalışır.

Savadı, məsuliyyəti, dəqiqliyi, işgüzarlığı və yüksək insani keyfiyyətləriylə hər kəsin hörmətini qazanan F.Abdullayev AMEA-da işə başladığı vaxtdan İşlər İdarəsinin fəaliyyətində böyük inkişafa nail olunmuşdur. Onun rəhbərliyi altında ötən dövr ərzində AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə həmin müəssisə və təşkilatlar üçün çoxlu sayda müasir laboratoriya avadanlıqları quraşdırılmış, elmi müəssisə və təşkilatlarda müasir tələblərə cavab verən təmir işləri aparılmışdır.

Onun, Azərbaycan Milli Elmlər Akademiyasının 2001-ci ildə özəlləşməyə açıq elan edilmiş və 2013-cü il özəlləşməsi dayandırılmış müəssisələrinin işinin bərpa edilməsi, torpaq sahələrindən və əmlaklarından səmərəli istifadə edilməsi işlərində də zəhməti böyükdür.

F.Abdullayevin rəhbərliyi altında AMEA-nın elmi müəssisə və təşkilatlarının istifadəsində olan əmlakların və 3800 hektara yaxın torpaq sahələrinin kənar şəxslərin istifadəsindən geri alınması, qeydiyyatı, yenidən sənədləşdirilməsi və səmərəli istifadəsi istiqamətində də xeyli işlər görülmüşdür. Həmin torpaq sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün münbit şərait yaradılmış, buğda, arpa və digər kənd təsərrüfatı bitkiləri əkilmiş, arıçılığın, balıqçılığın və digər sahələrin inkişafı istiqamətində xeyli işlər yerinə yetirilmişdir.

Fətəli Abdullayevi ömrünün ən məhsuldar çağına qədəm qoyması münasibətilə
biz də ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, yeni nailiyyətlər və yaradıcılıq uğurları arzulayırıq!


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Biologiya və tibb elmləri, Digər bölmələr
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

Elm
Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Biologiya və tibb elmləri, Təbriklər
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Rəy yazın: