Azərbaycanlı bioloq alim Gülnarə Balakişiyeva Avropa Şurasının Bioetika Komitəsinin onlayn keçirilən XVIII iclasında iştirak edib

Azərbaycanlı bioloq alim Gülnarə Balakişiyeva Avropa Şurasının Bioetika Komitəsinin onlayn keçirilən XVIII iclasında iştirak edib 2021-ci il 1-4 iyun tarixlərində Avropa Şurasının Bioetika Komitəsinin (DH-BIO) XVIII iclası KUDO platforması üzərindən onlayn keçirilib.
47 ölkə nümayəndəliyinin iştirak etdiyi iclasda Azərbaycanı AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva təmsil edib.


İclasın ilk günü məsləhətçi Dr Piers Gooding (Avstraliya) tərəfindən psixi sağlamlıq baxımından könüllü tədbirlərin təşviqinə yönəlmiş təcrübə nümunələrini özündə əks etdirən Təqdimat layihəsi iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Nümayəndə heyətləri, iştirakçılar və müşahidəçilər Compendium layihəsi və bu layihənin yekunlaşması üçün görüləcək tədbirlər barəsində fikir mübadiləsi aparıblar.
Heyətlər Dr Gooding tərəfindən aparılan işlərə ümumi dəstək verdiklərini bildiriblər.

“Səhiyyə xidmətlərindən bərabərhüquqlu istifadə üçün səhiyyə savadlılığının artırılması - səhiyyə savadlılığı siyasəti, strategiya və xidmətləri təsvir edən bir bələdçi istiqamətində” hesabat layihəsi məsləhətçi mütəxəssislər Leena Paakkari (Finlandiya) və Kristine Sørensen (Danimarka) tərəfindən təqdim edilib.
Daha sonra nümayəndə heyətləri arasında hesabatın yekunlaşdırılması və bələdçinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Psixi sağlamlıqda könüllü tədbirlərin təşviqinə dair təcrübələrin toplanması ilə əlaqədar tamamlayıcı işlərdə əldə olunan nəticələr nəzərdən keçirilib və Psixi sağlamlıq xidmətləri daxilində məcburi yerləşdirmə və məcburi müalicə ilə əlaqədar insan hüquqlarının və ləyaqətinin qorunmasına dair Əlavə Protokol layihəsi ilə bağlı səsvermənin 19-cu plenar iclasa təxirə salınması tövsiyə edilib.

İclasda həmçinin “2015-ci ilin dekabr ayında qəbul edilmiş genlərin redaktə texnologiyası ilə bağlı bəyanatına və Biotibb Tibb İnsan Hüquqları və Texnologiyalara dair Strateji Fəaliyyət Planına (2020-2025) uyğun olaraq Bioetika Komitəsi (DH-BIO) Oviedo Konvensiyasının 13-cü maddəsi insan genomu redaktəsindəki yeniliklər aspektindən müzakirə olunub.

İclasın sonunda Komitə səsvermə ilə Mark Baleyi (Birləşmiş Krallıq) iki il müddətinə Büroya üzv seçib və növbəti iclasların tarixləri 2-5 Noyabr 2021 və 31 May - 3 İyun 2022 olaraq müəyyən edilib.

Nigar İSMAYILOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanlı bioloq alim Fransada ezamiyyətdə olub

Azərbaycanlı bioloq alim Fransada ezamiyyətdə olub

Biologiya və tibb elmləri, Avropa
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə ...

Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə ...

İctimai elmlər
UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

AzTU
AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU
ABŞ, Azərbaycan və Gürcüstan seysmoloqları arasında əməkdaşlığın genişləndi ...

ABŞ, Azərbaycan və Gürcüstan seysmoloqları arasında əməkdaşlığın genişləndi ...

"Zirvə", Dünya
Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyə ...

Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyə ...

Milli Məclis, Tiflis
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasib ...

Biologiya və tibb elmləri
AzTU-nun Elmi Şurasının növbəti iclası onlayn keçirilib

AzTU-nun Elmi Şurasının növbəti iclası onlayn keçirilib

AzTU
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib

AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib

AzTU
Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Biologiya və tibb elmləri, Digər bölmələr, Dünya, Avropa
Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi

Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi

Biologiya və tibb elmləri, Səhiyyə
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Serti ...

Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Serti ...

İqtisadiyyat
Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Biologiya və tibb elmləri
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Mədəniyyət, Tiflis
Rəy yazın: