Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada (MEK) Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı akademik Bəkir Nəbiyevin 85 illik yubileyinə həsr olunan anma tədbiri keçirilib.

ZiM.Az xəbər verir ki, tədbir çərçivəsində akademikin elmi yaradıcılığından bəhs edən sərgi açılıb, “Vətəndaş. Alim. Ziyalı” biblioqrafik soraq kitabının təqdimatı olub.
Sərginin açılışında MEK-in direktoru Leyla İmanova çıxış edərək mərasimin AMEA-nın 70 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. Bildirib ki, akademik Bəkir Nəbiyev ömrünün yarıdan çoxunu elmi fəaliyyətə həsr edib. Bu dövrdə alimin 60-dan çox kitabı işıq üzü görüb, o, 200-dən artıq elmi əsərin, minə yaxın məqalənin redaktoru və müəllifi olub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan alimin həyat və elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi olan akademik zəngin yaradıcılığı ilə Azərbaycan elminə böyük töhfələr verib. Akademikin ədəbiyyatşünaslıq üzrə yüksək ixtisaslı elmi kadrların yetişdirilməsi sahəsində də böyük xidmətləri olub. Görkəmli alimin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev B.Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən, elmi, pedaqoji, ictimai fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycanda ədəbi-bədii fikrin formalaşmasında alimin mühüm xidmətləri olub. Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır. Alimin AMEA-dakı fəaliyyətini xüsusi qeyd edən dövlət müşaviri B.Nəbiyevin Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını söyləyib, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli B.Nəbiyevin Azərbaycan elminin inkişafındakı rolunu və mövqeyini xüsusi qeyd edib, elmi yaradıcılığı barədə ətraflı məlumat verib. Onun bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etdiyini söyləyib. Bildirib ki, Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.

Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Nailə Vəlixanlı, Tofiq Hacıyev, Abel Məhərrəmov, Xalq şairi Nəriman Həsənzadə və digər çıxış edənlər alimin çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

"Zirvə"
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub

Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub

Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
ALİMLƏR EVİNDƏ KƏRİM KƏRİMOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

ALİMLƏR EVİNDƏ KƏRİM KƏRİMOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

Elm
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

Humanitar elmlər, Digər bölmələr, "Zirvə", Tv
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

İctimai elmlər, Təbriklər
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
“Həsən Əliyev–110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respubli ...

“Həsən Əliyev–110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respubli ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: