ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təqdim edib

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təqdim edib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini icra edən sədr müavini - fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov vəzifəsindən azad olunub. Onun yerinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor Famil Mustafayev təyin olunub.

Bu gün Famil Mustafayev Ali Attestasiya Komissiyasının kollektivinə də təqdim olunub.

ZiM.Az xəbər verir ki,
təqdimatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva da iştirak edib.


Mənbənin məlumatına görə, Ramiz Mehdiyev çıxışında AAK-ın işində ciddi dönüş yaradılmasının zəruru olduğunu bildirib.

Qeyd edək ki, Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub.

1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır.
60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

Famil Mustafayev 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləyib.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini kimi fəaliyyət göstərib.

1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin əvvəlcə vitse-prezidenti, sonra isə prezidenti olub.

1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin əvəlcə icraçı direktoru, sonra isə prezidenti işləyib.

1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti vəzifəsində çalışıb.

2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi işləyib.

2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri vəzifələrində işləyib.

2016-cı ildən bu günə qədər Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

2004-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professor vəzifəsində çalışır.

2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü olub.

2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013-cü ilin oktyabr ayından bu günə qədər isə “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri işləyib.

2017-ci ilin sentyabr ayından Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir.

Biz də professor Famil Mustafayevi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona elmimizin inkişafı naminə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

AzTU, Təbriklər
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

SOYDAŞIMIZ AQİL QURBANOV MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ - BAŞ DİREKTORU TƏYİN OL ...

Təbriklər
AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
AMEA-nın müxbir üzvü VƏLİ HÜSEYNOVun doğum günüdür

AMEA-nın müxbir üzvü VƏLİ HÜSEYNOVun doğum günüdür

Naxçıvan, Digər bölmələr, Təbriklər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Rəy yazın: