AMEA-nın illik Ümumi yığıncağı keçirilib

AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib AMEA-nın illik Ümumi yığıncağı keçirilib Ümumi yığıncaqda
AMEA-nın prezidenti
vəzifəsinə və
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib


2018-ci il İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik
Ümumi yığıncağı keçirilib.


Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev,
Azərbaycan Respublikası
Baş nazirinin müavini
Əli Əhmədov,
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Fərəh Əliyeva,
təhsil naziri
Ceyhun Bayramov,
nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ramin Quluzadə,
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev,
kənd təsərrüfatı naziri
İnam Kərimov,
müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları,
KİV nümayəndələri
iştirak ediblər.

Ümumi yığıncağı
giriş sözü ilə
AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə
tanış edib.

Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Akif Əlizadə AMEA-nın beşillik fəaliyyətinə dair məruzə ilə çıxış edib.

AMEA rəhbəri Akademiyanın Rəyasət Heyətinin 2013-cü ildə seçilmiş tərkibinin beşillik fəaliyyət müddətinin başa çatdığını, bu müddətdə prioritet istiqamətlər üzrə bir çox nailiyyətlərə imza atıldığını bildirib: “Bu gün Akademiya elmi problemlərin həlli ilə bərabər, respublikamızın ictimai və iqtisadi inkişafında, strateji yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edir”.

AMEA prezidenti “Web of Science”, “Scopus”, “Google” bazaları üzrə yüksək statistik göstəricilər əldə edildiyini, tətbiqi tədqiqatların səmərəliliyini əhəmiyyətli dərəcədə artırıldığını, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşması istiqamətlərində mühüm addımların atıldığını, beynəlxalq elmi əlaqələri genişləndiyini deyib.

Akademik Akif Əlizadə AMEA-da həyata keçirilən sosial proqramlardan, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətdən, hüquqi islahatlar, ictimaiyyətlə əlaqələrin qurulması sahələrindəki uğurlardan da söz açıb.

Natiq müasir dünyanın çağırışlarının, ölkəmizin inkişaf prioritetlərinin Azərbaycan elmi qarşısında yeni-yeni vəzifələr müəyyənləşdirdiyini deyib: “Azərbaycan alimləri kiber-fiziki sistemlər, molekulyar biologiya, molekulyar genetika, bioinformatika, texnologiyaların həyat proseslərinə kompleks tətbiqi, yaşıl təfəkkür, koqnitiv psixologiya, psixofizika, süni intellekt, neyrobiologiya, neyrofiziologiya, və başqa elm sahələrində ən müasir tədqiqatların müəllifləri olmalıdırlar. Biz Azərbaycan alimləri bütün qüvvələrimizi səfərbər edərək bu məqsədə doğru inamla addımlamalıyıq”.

Sonra AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair verilən suallar AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tərəfindən cavablandırılıb.

Daha sonra təhsil naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış ediblər.

Tədbirdə Ümumi yığıncağın qərar layihəsi müzakirə olunub.

AMEA-nın Rəyasət Heyətinin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib.

Qərarda “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş elmi-nəzəri, praktiki və innovativ istiqamətlərdə vəzifələrin reallaşdırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsi, beynəlxalq elmi əlaqələr, eləcə də yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AMEA-da magistrant və doktorant hazırlığının dünya elminə inteqrasiya olunan, ölkədə bilik iqtisadiyyatını inkişaf etdirən perspektiv elmi istiqamətlər üzrə aparılması və digər məsələlərlə bağlı müddəalar yer alır.

Ümumi yığıncaqda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlar təqdim olunub.

Dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemlərinə həsr edilmiş fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə, beynəlxalq kooperasiyalı kosmik texnologiyaların əldə etdiyi yüksək elmi nəticələrinə və Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif ediliblər.

Yarımkeçiricilərdə elektrikkeçirmə mexanizminin aktual problemlərinə həsr olunmuş fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadır Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatları ilə təltif olunublar.

Qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nanoquruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirilməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, "Dünya palçıq vulkanları atlası" (Azərbaycan, rus və ingilis dillərində) adlı fundamental elmi əsərinə, eləcə də unikal təbiət hadisəsi olan palçıq vulkanizminin geologiyasının, geotektonikasının, geokimyasının və mineralogiyasının öyrənilməsi sahəsində çoxillik elmi fəaliyyətinə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı verilib.

AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına isə orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə
xalq rəssamı Tahir Salahov layiq görülüb.

Fasilədən sonra tədbir işini davam etdirib.

Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib.


Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər.

Akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini alaraq, növbəti beş il müddətinə yenidən
AMEA-nın prezidenti seçilib.

Seçkilərin nəticəsinə əsasən akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayevaİradə Hüseynova AMEA-nın vitse-prezidentləri, akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi seçiliblər.

Bundan başqa, akademik Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, akademik Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, akademik Əhliman Əmiraslanov Biologiya və Tibb Elmlər Bölməsinin, akademik Teymur Kərimov Humanitar Elmlər Bölməsinin və akademik Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.

AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə akademik İsmayıl Hacıyev, Gəncə Bölməsinin sədri vəzifəsinə akademik Fuad Əliyev seçiliblər.

AMEA-nın müxbir üzvü Bilal Bilalov
isə AMEA Rəyasət Heyəti üzvü vəzifəsini icra edən təyin edilib.


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keç ...

AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keç ...

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nı ...

Elm, Elanlar
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
Rəy yazın: