AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİBAMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİBAMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB 2018-ci il Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA İctimaiyyətlə əlaqələr şöbəsi
ndən ZiM.Az-a bildiriblər ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə kimya üzrə elmlər doktoru İsmayıl İsmayılova AMEA-da 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan sertifikatı və beş min manat pul mükafatını təqdim edib.

Sonra AMEA Kimya Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın vitse-prezidenti, bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərə uyğun həyata keçirildiyini bildirib.

Bölməyə dair statistik məlumatları nəzərə çatdıran akademik D.Tağıyev ötən ildə bölmə müəssisələrində 12 problemə aid 43 mövzu üzrə tədqiqat işlərinin aparıldığını və 5 mövzunun tamamlandığını deyib. Qeyd edib ki, bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 21 mühüm elmi nəticə əldə edib. 10 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib. Bölmənin institutlarında 19 Azərbaycan və 3 Avrasiya patenti alınıb.

Akademik hesabat dövründə dövlət proqramları üzrə və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində elmi-tədqiqat işlərinin icra edildiyini, eyni zamanda AMEA tərəfindən maliyyələşdirilən 3 elmi-texniki proqram üzrə işlərin yerinə yetirildiyini bildirib.

Natiq məruzəsində bölmənin “Kimya Problemləri” və “Neft-kimyası və neft emalı prosesləri” jurnallarının tələblərə cavab verdikləri üçün ilkin mərhələdə “Thomson Reuters”in bazasına daxil edildiyini, “Elm Dünyası” jurnalının elektron versiyasının yaradıldığını deyib.

Bölmə institutlarının beynəlxalq əlaqələrindən bəhs edən akademik D.Tağıyev bildirib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi, Almaniyanın Berlin Texniki Uni­ver­­siteti, Böyük Britaniyanın Huddersfield Universiteti və Be­larusun Minsk İstilik və Küt­lə Dəyişməsi İnstitutu ilə yaratdığı müştərək beynəlxalq labora­to­ri­yalar fəaliyyətlərini uğurla davam etdirib, alimlərin yüksək impakt faktorlu jurnallarda 30-a yaxın birgə elmi məqaləsi çap olunub. Bundan başqa, bölmə institutları dünyanın qabaqcıl elmi mərkəzləri ilə əlaqələr qurub, perspektiv elmi-tədqiqat işlərini müzakirə ediblər.

Akademik-katib hesabatda ölkə Prezidentinin fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, kadr məsələləri, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyət və s. məsələlərə də toxunub.

Məruzəçi bölmənin kadr tərkibi, nəşrləri və mühüm elmi nəticələrinə dair rəqəmləri açıqlayıb. Kimya Elmləri Bölməsinin tərkibində 12 həqiqi və 18 müxbir üzvün, 108 elmlər doktoru və 305 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini bildirib. İnstitutların əməkdaşları tərəfindən 8 monoqrafiyanın, 3 kitabın nəşr olunduğunu, 213-ü impakt faktorlu jurnallarda olmaqla, ümumilikdə 1025 məqalə və tezisin çap edildiyini diqqətə çatdırıb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Kimya Elmləri Bölməsi üzrə mühüm elmi və tətbiqi nəticələr Akademiyanın illik hesabatına daxil edilib. Dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər bəyənilib. Kimya sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun 70 illik yubileyi ilə bağlı olub. Rəyasət Heyəti alimin yubileyinə həsr olunmuş geniş iclasın keçirilməsi, əsərlərinin biblioqrafiyasının nəşri haqqında tapşırıq verib.

İclasda AMEA-nın Gəncə Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında da hesabat dinlənilib.

Məruzə ilə çıxış edən bölmənin sədri, akademik Fuad Əliyev hesabat ilində fundamental və tətbiqi tədqiqatların Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, o cümlədən Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş qərarlar əsasında həyata keçirildiyini bildirib.

Statistik məlumatları nəzərə çatdıran akademik Fuad Əliyev hesabat ilində bölmə institutlarında 6 problemə aid 23 mövzu üzrə 27 iş və 23 mərhələni əhatə edən tədqiqatlar aparıldığını, 2 mühüm elmi nəticə əldə olunduğunu diqqətə çatdırıb: “Gəncə Bölməsində aparılan tədqiqatların nəticəsində əməkdaşlar tərəfindən 4 kitab, 42-si xaricdə olmaqla 96 məqalə, 14-ü xaricdə olmaqla 38 tezis nəşr edilib. İmpakt faktorlu jurnallarda əməkdaşların 28 məqaləsi çap olunub. Hazırda bölmə institutlarında elmlər doktorluğu hazırlığı üzrə 2 nəfər, fəlsəfə doktorluğu hazırlığı üzrə 9 nəfər, dissertanturada isə 3 nəfər müxtəlif mövzular üzrə tədqiqatlar aparırlar. 2017-ci ildə bölmə institutlarında 1 akademik, 7 elmlər və 32 fəlsəfə doktoru olmaqla ümumilikdə 92 elmi işçi fəaliyyət göstərir”.

Hesabat ilində Gəncə Bölməsində qismən struktur dəyişiklikləri və AMEA-nın müxtəlif institutları ilə əməkdaşlıq əlaqələrindən danışan akademik bölmə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfrans və seminarlarda, qurultaylarda iştirak etdiyini, müxtəlif istiqamətlər üzrə araşdırılmış mövzular əsasında monoqrafiyaların çapa hazırlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, bölmənin bir neçə əməkdaşı dövlət orden və mükafatları ilə təltif edilib.

İclasda qeyd olunub ki, 2017-ci ildə bölmədə Geologiya və Geofizika İnstitutunun “Müasir Geodinamika və Kosmik Geodeziya” şöbəsi ilə birgə Azərbaycan GPS poliqonunun stasionar fəaliyyət göstərən Gəncə stansiyası qurulub və dünya UNAVCO NASA sisteminə daxil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsinin qalibi olmuş “Alüminium zəyinin alunitin tullantısı olan kasıb alunitdən yeni texnoloji üsulla alınmasının işlənməsi” layihəsi üzrə tədqiqatlar davam etdirilir.

Hesabat dövründə elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan akademik Fuad Əliyev əməkdaşlığın yalnız ali təhsil müəssisələri ilə deyil, orta məktəblərlə də aparıldığını, şagirdlərin elmə marağının artırılması üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, AMEA-nın Gəncə Bölməsində 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətə dair hesabatı qəbul olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: