AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB 2017-ci il Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Akademiyanın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, fəlsəfə və elmlər doktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.

AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
AMEA-nın prezidenti, akademik
Akif Əlizadə
tədbiri giriş sözü ilə açaraq elmi işçilərin, elm nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərdən danışıb: “Sosial problemlər hər gün diqqətimizdədir, bunun üçün bütün səylərimizi səfərbər etmişik. AMEA əməkdaşlarının istirahəti, sağlamlığı, maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətlərdə yeni-yeni addımlar atılıb, bir sıra problemlər öz həllini tapıb”. Həyata keçirilən bütün bu layihələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu deyən akademik Akif Əlizadə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqların davam etdirildiyini vurğulayıb.
Sonra Akademiyanın sosial siyasətinin əsas prioritetləri üzrə həyata keçirilən tədbirlərdən söz açan AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Akademiyada reallaşdırılan bu layihələrin alimlərin stimullaşdırılması istiqamətində mühüm addımlardan olduğunu vurğulayıb. Qeyd edib ki, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqı tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının ərazisində yerləşən kottec və digər yaşayış sahələrində istirahət təşkil edilib. Bundan əlavə, Mərdəkan qəsəbəsi və Xızı rayonu Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahələrində əməkdaşların yay istirahəti üçün istifadəsi istiqamətində işlər aparılıb, lazımi şərait yaradılaraq əməkdaşların istifadəsinə verilib.
Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasında elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyən Habil Qurbanov dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrətinin onun elmi potensialı ilə bilavasitə bağlılıq təşkil etdiyini vurğulayıb. O, xüsusilə gənc alim və mütəxəssislərin sosial-iqtisadi vəziyyəti ilə bağlı ötən beş il ərzində xeyli işlər görüldüyünü, institut rəhbərləri ilə həmkarlar təşkilatları arasında sıx əməkdaşlıqların qurulduğunu, mədəni-kütləvi və idman tədbirlərinin təşkil edildiyini qeyd edib.
Daha sonra tədbirlə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Malik Əliyev, Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı mütəxəssisi Hasil Bağırov, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərovinstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov çıxış ediblər.

Tədbirin sonunda AMEA-nın bir qrup əməkdaşına verilmiş evlərin sənəd və açarları təqdim olunub.
Akademik Akif Əlizadə AMEA RH-nin mənzil komissiyasının qərarı ilə bu gün evlə təmin olunmuş hər bir akademiya əməkdaşını təbrik edib, onlara yeni mənzillərində can sağlığı, uğurlar arzu edib.


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Elm
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

Elm, Digər bölmələr
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

Elm
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
Rəy yazın: