AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıbAMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıb AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıb AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıbAMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Səlcuq Universiteti (SU) Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcəklər. Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın Səlcuq Universiteti ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin səmimi qəbula görə məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrimizin möhkəmlənməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.

Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-dan magistrant və doktorantlar Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər. Sənəd akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsini, o cümlədən tərəflər arasında kadr mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən hər iki qurum birgə elmi video konfrans və görüşlər də keçirəcəklər.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və SU-nun professoru Alattin Aköz də iştirak ediblər.

Sonda sənədi AMEA-nın prezidenti, akademik Akif ƏlizadəSU-nun rektoru, professor Mustafa Şahin imzalayıblar.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imz ...

AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imz ...

AzTU
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

AzTU, Turan
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AzTU ilə Selçuk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Selçuk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

Digər ali məktəblər, Turan
AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

Digər bölmələr, Orta Asiya
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

Milli Məclis, İctimai elmlər
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
Rəy yazın: