AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60TƏBRİK EDİRİK!

AMEA-nın müxbir üzvü Muxtar İmanovun 60 yaşı tamam olur

Mayın 28-də görkəmli folklorşünas alim, Folklor İnstitutunun direktoru, AMEA-nın müx­bir üzvü Muxtar Ka­zım oğlu İmanovun 60 yaşı tamam olur.


Muxtar İmanov 1955-ci il mayın 28-də Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Univer­­si­te­tinin Filologiya fakül­təsi­ni bi­tirmiş, 1984-cü ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kənd orta məktəbində müəllim vəzifəsində əmək fəaliy­yətinə başlayan Muxtar İmanov AMEA-nın Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Folklor İnstitutunda böyük və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2011-ci ildən AMEA-nın Folklor İnstitutunun direktorudur.

AMEA-nın müxbir üzvü Muxtar İmanov bir müddət “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur. Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komis­si­yasında “Ədəbiyyat” fənni üzrə elmi-metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri, həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım şurasının üzvüdür.

“Müasir Azərbaycan nəsrində psixologizm”, “Gü­lü­­­şün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləş­mə­si”, “Folklor həm keçmiş, həm də bugündür” kimi 7 monoqrafiya və kitabın, 120-dən artıq elmi əsərin, 115 məqalənin müəllifidir.

Görkəmli folklorşünas alimin elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm probleminin nə­zə­ri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklorşünaslığın bir sıra aktual prob­lem­­lə­ri­nə həsr olunmuşdur.

İlk dəfə onun araşdırmalarında Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilmiş, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilmişdir.

AMEA-nın müxbir üzvü Muxtar İmanov yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirmiş, ədəbi düşüncənin yazılı və şıfahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının ilk nəzəri təhlil standartlarını təqdim etmişdir.

Görkəmli alim Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr olunması sa­həsində xidmətlər göstərmişdir. O, “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası, VII kitab) və 9 cild­lik “Qarabağ: folklor da bir tarixdir” toplularının layihə rəhbəri və həmmüəllifidir.

Görkəmli folklorşünas alimi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq!...

ZiM.Az- ın yaradıcı heyəti adından:

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

Humanitar elmlər, Tv
Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov  AMEA-nı ...

Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov AMEA-nı ...

Humanitar elmlər, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

Humanitar elmlər, Folklor
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Biologiya və tibb elmləri, Təbriklər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
Rəy yazın: